Icma.az
close
up
RU
Mahir Emreli: Anam növbəti qolu vurmağımı gözləyirsə, bunu edəcəyəm VİDEO

Mahir Emreli: Anam növbəti qolu vurmağımı gözləyirsə, bunu edəcəyəm VİDEO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ölkə xaricində Azərbaycanı bu şəkildə təmsil etmək xəyalım idi. Düşünürəm ki, azarkeşlərimizin mənə ümidləri böyükdür. Buna görə də onları məyus etməmək üçün əlimdən gələni etməli, maksimumumu ortaya qoymalıyam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən “Nürnberq” komandasının futbolçusu Mahir Emreli klubun Youtube kanalına açıqlamasında deyib.
27 yaşlı hücumçu Almaniya təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlı azarkeşlərin fəal olmasına münasibət bildirib: “Legioner həyatı yaşayan futbolçularımız çox deyil.
 

Məsələn, Almaniyada milyonlarla futbolçu var. Onların xaricdə oynaması sizin üçün xüsusi əhəmiyyət kəsb etmir. Sizin İspaniyanın “Real Madrid” kimi top klubunda oynamış və hazırda da çıxış edən bir çox futbolçularınız var. Buna adi hal kimi yanaşırsınız. Amma azərbaycanlı futbolçular xaricdə oynamağa başlayanda diqqət mərkəzinə düşürlər.


Düşünürəm ki, Azərbaycanın uğurlu legioner həyatı yaşayan futbolçuya daha çox ehtiyacı var. Azarkeşlərimiz “Nürnberq”i dəstəkləyir və oyunlarını izləyirlər. Mən bunu yazılan şərhlərdə də görürəm. İnsanların demək olar ki, heç biri neqativ fikir bildirmir. Onlar məndən yaxşı nəticələr gözləyirlər.
Çox sağ olsunlar ki, heç vaxt dəstəklərini əsirgəmirlər. Mən burada Azərbaycanı təmsil edən əcnəbiyəm. Atdığım hər addım azərbaycanlılar üçün çox önəmlidir. Əgər yaxşı oyun nümayiş etdirir və qol vururamsa, onlar da sevinir, mənimlə fəxr edirlər”.
O, “Nürnberq”in ev oyunlarında azarkeş dəstəyinin güclü olduğunu vurğulayıb: “Düşünürəm ki, doğma meydanda oynamaq üstünlükdür. Çünki azarkeşlərimiz rəqibə təzyiq göstərirlər və nəticə bizim xeyrimizə olur. Mən ilk dəfə rəsmi müqavilə imzalanmaq üçün stadiona gələndə arenanın çox böyük olduğunu gördüm.
Həmin vaxt tribunalar bomboş idi. Bu mənim stadionda ilk addımım idi. Bu arenanı görəndə ilk oyunuma çıxmaq üçün səbirsizlənirdim. Fikrimcə, “Maks-Morlok” stadionu dünyanın ən yaxşılarından biridir”.


M.Emreli aparıcının “Ananız sizdən beşinci qolu gözləyir” replikasına belə cavab verib: “Mən anamla həmişə bu barədə söhbət edirəm. Amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir. Onu deməliyəm ki, mən həmişə yekun nəticəyə əhəmiyyət verirəm.
Mənim üçün ən önəmlisi hər oyundan 3 xalla ayrılmaqdır. Əgər anam məndən növbəti qolu vurmağımı gözləyirsə, mən bunu edəcəyəm. Beşinci, hətta altıncı qolumu vuracağam”.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri