Icma.az
close
up
RU
Mahir Emreli: “Milli komandaya qayıdandan sonra klubda mənə qarşı rəftar dəyişdi”

Mahir Emreli: “Milli komandaya qayıdandan sonra klubda mənə qarşı rəftar dəyişdi”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və “Kayzerslautern” klubunun üzvü Mahir Emreli səfərdə Ukraynaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyunundan (2:1) sonra Offsideplus.az saytına müsahibə verib. 

Tribunainfo.az müsahibəni təqdim edir:

– Oyunla bağlı fikirlərinizi öyrənmək istərdik…

– Düşünürəm ki, layiqli mübarizə apardıq. Oyundan 3 xalla da ayrıla bilərdik. Hakimin verdiyi qərarlar bir az məndə şübhə doğurdu. Baxılası məqamlara baxmırdı, üstünlüyü rəqibə verirdi. Oyunla bağlı danışsaq, yaxşı epizodlarımız vardı. Matça yaxşı köklənmişdik. Ağır səfərə baxmayaraq, Fransaya qarşı matçdan sonra özümüzə tez gəldik. Yaxşı kökləndik. Üzülürük, lakin təbii ki, pozitiv məqamlar vardı.

– Ayxan müəllimin gəlişindən sonra hansı dəyişikliklər var?

– Müdafiə planında daha yaxşı təşkil olunmuşuq. Hücum planında işləyəndən sonra hücuma necə çıxmalı olduğumuzu daha yaxşı biləcəyik. Buna zaman lazımdır. Ayxan müəllimlə ikinci toplanış idi. Ümid və inam var. O da bizi buna inandırır. Bunlar oyunda da hiss olunur. Hər bir futbolçu məşqçinin tapşırıqlarını yerinə yetirməyə və indiki sistemi daha da yaxşılaşdırmağa çalışır.

– Sənin start heyətdə görünməməyin nə ilə bağlıdır?

– Fransa ilə oyunda startda olmağım da çox sual doğurmuşdu ki, klubunda oynamır. Bura klub deyil, milli komandada tələblər başqadır. Oyun zamanı daha azdır, 2 gündən bir matça çıxırsan, çox futbolçuya ehtiyac var. Oynamamağım məni də narahat edir. Hazırda oynamamağım mənimlə bağlı deyil. “Kayzerslautern”ə dönəndə ciddi bir iclas olacaq. Məşqçi, klub və idman direkotru ilə söhbət olacaq. Mən də azarkeşlər kimi bu suala cavab axtarıram.

– Bura transferində böyük ümidlər var idi…

– Bəzi məqamlar var. İlk öncə bunu deyim ki, istirahət etdiyim zaman mənə gün verib, işıq vermədilər. Durmadan yazıb, zəng etdilər ki, oyun sxemimizə önəmlisən. Bunu da keçirəm, futboldur, oynadıqca sistem və düşüncələr dəyişə bilər. Bunu tək mən yox, bir çox futbolçular yaşayıb. Lakin futboldan kənar məsələlər peşəkarlıqdan çox uzaqdır. Heç bir futbolçu özünə qarşı bunu qəbul etməz.

– “Nürnberq”də də oxşar hadisələr yaşanmışdı?

– “Nürnberq”də mənim heç vaxt kimləsə problemim olmayıb. Nə baş məşqçi, nə də futbolçularla. Orda sadəcə xırda bir şey idi. Qışda mənə təklif gəlmişdi, onların pul qazanma1 ehtimalı vardı. Mən də Cənubi Koreyaya getməyə isti baxmırdım. Bəli anlaşılmayan məqamlar buraxıldı. Bir futbolçu ilə problemimi də yazmışdılar. Çox normal hadisə olmuşdu. Mən topu onun ayaqlarının arasından keçirdim, o da məni topsuz vurdu. Məndən də yaşca balacadır. Futbolda meydanda olanda böyük-kiçik olmur. Amma bizdə, dilimizdə böyüklərə qarşı tərbiyəni qoruyub saxlamaq lazımdır. O hadisədən sonra mənə “bu hərəkəti etmə”ni başqa cür dedi. Mən də ona öz fiziki reaksiyamı göstərdim. Mediaya bu çıxmışdı. O zaman mən bunu demirdim, ehtiyac yox idi.

– Bəs “Kayzerslautern”də əsas problem nədir?

– “Kayzerslautern”də futbolçularla heç bir problemim yoxdur. Mənə hörmət edirlər. Oraya Almaniyada II Bundesliqada özümü sübut etmiş biri kimi getdim. “Dinamo”dan oraya gedəndə hardasa özünü sübut etməlisən. Burda məşqçinin və rəhbərliyin bəzi verdiyi qərarlar, sözlərini tutmaları və rəftarlarını dəyişmələri – bu, narahat olduğum məqamdır. Bu mənim heç bir şey etmədiyim halda yaşanıb. Nə tərbiyəmi pozmuşam, nə də artıq-əskik hərəkət etmişəm. Bu da milli komandaya qayıdandan sonra dəyişdi. İclas olacaq, sonra bəzi məsələlərə aydınlıq gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri