Mahir Məmmədov üçüncü dəfə FIDE nin vitse prezidenti seçilib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi təşkil olunub.
İdman.Biz xəbər verir ki, konqresdə qurumun rəhbər vəzifələrinə seçkilər keçirilib.
Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizənin ikinci turunda Timur Turlov 110 səs toplayaraq seçkidə qalib gəlib və növbəti dörd il müddətinə ali şahmat qurumunun prezidenti seçilib.
Bu gün isə digər rəhbər vəzifələr üzrə seçkilər və təyinatlar rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti dörd il müddətinə FIDE-nin vitse-prezidenti seçilib.
Qeyd edək ki, Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib. O, 2022-ci ildə ikinci dəfə bu vəzifədə fəaliyyətini davam etdirmək hüququ qazanıb. Beləliklə, Azərbaycan Şahmat Federasiyasının rəhbəri üçüncü dəfə FIDE-nin vitse-prezidenti postuna seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















