Icma.az
close
up
RU
Mahir Məmmədov: “FIDE də bu qədər gərgin seçki xatırlamıram” SƏMƏRQƏNDDƏN EKSKLÜZİV VİDEO

Mahir Məmmədov: “FIDE də bu qədər gərgin seçki xatırlamıram” SƏMƏRQƏNDDƏN EKSKLÜZİV VİDEO

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsinə keçirilən seçkilər gərgin mübarizə şəraitində keçib, lakin sonda Timur Turlovun komandası həlledici qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bunu Səmərqənddə müxbirimizə eksklüziv müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov deyib.

Azərbaycan Şahmat Federasiyasının rəhbəri Səmərqənddə keçirilən FIDE prezidenti seçkiləri barədə ətraflı danışıb.

“Bu, FIDE-də iştirak etdiyim üçüncü seçkidir, amma yaddaşımda bu qədər gərgin və mürəkkəb seçki olmayıb. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə rəqiblər tərəfindən şübhəli texnologiyalardan istifadə olunurdu və müvafiq şərait yaradılırdı. Şahmat tarixində belə seçki hələ olmayıb.

Buna baxmayaraq, birinci turda komandamızın lideri Timur Turlova cəmi bir səs çatmadı. İkinci turda isə inamlı qələbə qazandıq. Mübarizə sonadək çox ciddi davam etdi.

İkinci turdakı rəqiblərimiz barədə də danışmaq istərdim. Onların dürüstlüyü və peşəkarlığı ilə bağlı məndə şübhələr var. Onlardan fərqli olaraq, Yan Büttnerin rəhbərlik etdiyi digər komanda həqiqətən peşəkarlıq nümayiş etdirdi. Xüsusilə də onlar açıq şəkildə bəyan etdilər ki, ikinci turda səslərini bizə verəcəklər”, – deyə Məmmədov bildirib.

Milli federasiyanın rəhbəri Turlovun komandası tərəfindən görülən işlərdən də danışıb.

“Biz də öz tərəfimizdən çox yaxşı iş apardıq. Xüsusilə Afrika və Cənubi Amerikada ciddi çalışdıq. Asiyada isə bizim üçün daha çətin oldu. Orada vəziyyət bizim üçün daha mürəkkəb idi və səslər uğrunda mübarizə çox gərgin gedirdi. Buna baxmayaraq, sonda lazım olan nəticəni əldə edib qələbə qazana bildik”, – Mahir Məmmədov vurğulayıb.

O, həmçinin Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadın yığmalarının çıxışını dəyərləndirib.

“Əlbəttə, Şahmat Olimpiadasında əsas məsələ şahmatdır. Təəssüf ki, son turlarda həm kişi, həm də qadın millimiz bizi sevindirə bilmədi. Baxmayaraq ki, qadın komandamız IX turda Çexiyanı 4:0 hesabı ilə məğlub etdi. Turnirin başa çatmasına iki tur qalıb və açığı, medal şanslarımız minimaldır. İndi əsas məsələ Olimpiadanı yaxşı başa vurmaq, heç olmasa ilk beşliyə düşməkdir”, – Məmmədov qeyd edib.

Mahir Məmmədov Azərbaycan şahmatçılarının Olimpiadadakı son uğursuzluqlarının səbəblərinə də toxunub.

“Şahmat Olimpiadası uzunmüddətli turnirdir. Hansısa məqamları nəzərə ala bilmədik və mən bilirəm ki, konkret olaraq harada və nədə çatışmazlığımız oldu. Amma bu, artıq komandanın daxili məsələsidir. Əlbəttə, turnir başa çatdıqdan sonra hər şey təhlil olunacaq”, – deyə Məmmədov bildirib.

Xatırladaq ki, bu gün keçirilən seçkidə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib. Timur Turlov təşkilatın yeni rəhbəri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri