Icma.az
close
up
RU
Mahir Məmmədov yenidən federasiya prezidenti seçildi

Mahir Məmmədov yenidən federasiya prezidenti seçildi

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.

QOL.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsinin üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 

Gənclər və İdman Naziri Fərid Qayıbov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiq olunandan sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 

Sonra AŞF-nin 2022-2025-ci illər ərzində fəaliyyətinin qısa icmalının əks olunduğu video nümayiş etdirilib. 

AŞF-nin üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edəb şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib. 

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səs vermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsinə üzv seçilib. 

AŞF-nin hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra Mahir Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov Birinci Vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqlənib. 

AŞF-nin nizamnaməsinə dəyişikliklər və İntizam Komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiqlənib. 

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul olunub. AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə edilib. 

Bununla Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı işini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 İyun 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri