Mahir Roma ya qarşı oynadı, Kayzerslautern onu başda oturtdu
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın 2-ci bundesliqa klubu "Kayzerslautern" növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Mahir Emrelinin də şərəfini qoruduğu komanda "Roma" ilə üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, bu barədə "qırmızı iblislər"in mətbuat xidməti məlumat yayıb. "Fritz-Walter-Stadion"da, 35650 tamaşaçı önündə keçirilən, "Kayzerslautern"in 125 illiyinə həsr olunan matç rəqibin 1:0 hesablı qələbəsiylə nəticələnib. Həmyerlimizin komandası oyun ərzində bir neçə təhlükəli hücumla yadda qalsa da, hesabı bərabərləşdirə bilməyib. Mahir həmin epizodların baş rollarında çıxış etməyib. Start heyətində meydana çıxan hücumçu fasilədə əvəzlənən 7 futbolçudan biri olub.
Maraq üçün qeyd edək ki, "Kayzerslautern"in "Roma" ilə matç haqda detalları paylaşdığı xəbərin əsas şəklində komandadan yalnız Mahir yer alıb. Bildirək ki, "qırmızı iblislər" 2-ci bundesliqada 2025/26 mövsümünün ilk matçını avqustun 3-də keçirəcək. Onlar "Hannover-96"nın qonağı olacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















