Mahirin komandamızda qalmasını istəyirəm
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Nürnberq"in (Almaniya) futbolçusu Yulian Yustvan komanda yoldaşı Mahir Emreli barədə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, 27 yaşlı alman yarımmüdafiəçi Bundesliqanın 30-cu turunda "Paderborn"a qarşı matçda (2:3) M.Emreliyə hər iki qolun ötürməsini edib.
O, "Clubfokus" saytına açıqlamasında deyib ki, azərbaycanlı futbolçunun əla oyunçu keyfiyyətləri var: " Aydındır ki, əgər o, diqqətini cəmləsə və hər şeyini ortaya qoysa, bizə çox kömək edə bilər".
M.Emrelinin "Nürnberq"lə müqaviləsi bu mövsümün sonu başa çatır. Yulian Yustvan bu haqda danışarkən bildirib: "Mən onun qalmasını istəyirəm".
Baxış sayı:141
Bu xəbər 24 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















