Icma.az
close
up
RU
Mahiyyəti qaranlıq qalan səfər AFFA nın yayımlamadığı FOTOLAR

Mahiyyəti qaranlıq qalan səfər AFFA nın yayımlamadığı FOTOLAR

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev bir müddət öncə FİFA konqresində iştirak etmək üçün Paraqvaya yola düşmüşdülər. Konqresdə Azərbaycan nümayəndələrinin bir sıra işgüzar görüşlər keçirəcəyi də gözlənilirdi.

Ancaq Paraqvay səfərinin üstündən xeyli müddət keçsə də, ictimaiyyətə heç bir açıqlama verilmədi. Okeanın o tayına üz tutan AFFA rəsmilərinin hansı görüşlər keçirdiyi, Azərbaycan futbolu üçün hansı vacib məsələləri müzakirə etdiyi sirr kimi saxlanıldı.

Əvvəlcə onu qeyd edək ki, hər bir təşkilatın fəaliyyəti yalnız nəticə ilə deyil, həm də niyyətin və şəffaflığın səviyyəsi ilə ölçülür. AFFA rəhbərliyinin Paraqvaya səfəri ilə bağlı cəmiyyətə heç bir açıqlama verilməməsi ciddi suallar doğurur.

Bu səfər nə məqsədlə edilib? Bu addım Azərbaycan futbolunun inkişafı üçün hansı strateji əhəmiyyət daşıyır?

Şəffaflığın yoxluğu bəzi fərziyyələrin qapısını aralayır. Qeyri-müəyyənlik – bu səfərin mahiyyətini bürüyən ən dəqiq ifadədir.

Hansı məqsədlə gedildi? İdman diplomatiyası, yoxsa şəxsi əlaqələrin inkişafı? Yoxsa yalnız prosedur ziyarətmi? Heç biri ictimaiyyətə bəlli deyil.

Legitimlik yalnız nəticə ilə deyil, həm də niyyətin şəffaflığı ilə qazanılır. AFFA rəhbərliyinin bu səfəri isə nə nəticə, nə niyyət ortaya qoyur.

Aydın görünür ki, AFFA rəsmiləri qarşı tərəflə effektiv kommunikasiya və qarşılıqlı anlaşma müstəvisində yetərli səviyyədə təmas qurmağı bacarmayıb. Nəticədə, ictimaiyyətin önünə çıxarılacaq heç nə tapılmayıb.

Federasiya açıqlamasa da, Paraqvay səfəri ilə bağlı bir sıra fotolar əldə etmişdik. Həmin şəkillərdən də görünür ki, icraçı-vitse prezident Sərxan Hacıyevlə baş katib Cahangir Fərəcullayev sadəcə müşahidə etmək və dinləmək funksiyasını yerinə yetirib. Böyük ehtimalla da baş düşdükləri bir şey olmadığı üçün səfər barədə ictimaiyyətə hər hansı bir məlumat verilməyib.

İdmanxeber.az 

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 07 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri