Icma.az
close
up
RU
Distant təhsil : Mahiyyəti və əhəmiyyəti

Distant təhsil : Mahiyyəti və əhəmiyyəti

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu, təhsili hamı üçün əlçatan edir

Texnologiyanın sürətli inkişafı gündəlik yaşam tərzimizə bir çox yeniliklər gətirdi, hansı ki bu yeniliklər təhsildən də yan keçmədi. Artıq əyanI və qiyabi təhsillə bərabər, təhsilin yeni bir forması – distant təhsil yarandı.

Dünya ölkələri ötən əsrin 60-ci illərindən etibarən distant təhsil xidməti göstərirlər və bundan çox böyük gəlir əldə edirlər. Bu təhsil forması, yeni olsa da artıq bir çox dünya ölkələrində istifadə olunur. Hətta bəzi təhsil müttəxəssislərinin fikrincə, gələcəyin təlim-tədris forması məhz distant təhsildir.

Azərbaycanda distant təhsil “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədində təsbit olunur. 2020-ci ildəki panemiya sonrası ölkəmizdə də distant təhsilə keçid prossesi daha da sürətləndi, bu formanın önəmli olduğunu sübut etdi. Ancaq hələ də bir çox universitetlərimizdə, distant təhsillə bağlı infrastruktur problemləri var. Bundan başqa bu təhsil formasının düzgün tədrsii üçün təcrübəli və bacarıqlı müəllim sayı da çox deyil. Bunun üçün distant təhsil bağlı təlimlər təşkil edilməli, ixtisasartırma kurslarında distant təhsilə də yer verilməlidir. Onu da qeyd edək ki, distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompyuterlər tələb olunmur.

Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi toxunduğumuz mövzu ilə bağlı layihə həyata keçirir.

Layihənin rəhbəri Fuad Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.

Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Distant təhsil ilk olaraq qiyabi təhsil kimi görünsə də, əslində isə onun qiyabidən fərqləndirən xüsusiyyətləri çoxdur. Məsələn, qiyabi təhsil alan tələbələr məcburdurlar ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbələr artıq evdə oturduqları halda bu təhsili ala biləcəklər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri olsa da, bir çox fərqlilikləri var. Belə ki, qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də elə budur. Distant təhsili tələbələrin harada olmasından asılı olmayaraq almaq mümkündür. Bunun üçün ilk növbədə sürətli internet lazımdır ki, tələbə bu təhsili ala bilsin. Distant təhsil vasitəsilə tələbələr Böyük Britaniya və dünyanın bir çox digər universitetlərində təhsil ala bilərlər. Dərslər onlara verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir. Qeyd edək ki, Distant təhsil üzrə verilən dərəcələr ayrı-seçkilik olmasın deyə əyani təhsilin diplomundan fərqlənmir. Bunun ikinci bir üstünlüyü isə Azərbaycanda oxuya- oxuya tələbələr eyni zamanda, distant təhsilini də davam etdirə bilərlər.

QHT rəhbəri distan təhsilin əks cəhətləri ilə yanaşı üstünlüklərindən də danışıb: “Vaxt və məkan məhdudiyyətlərinin olmaması, pula və vaxta qənaətin mümkünlüyü, materialların istənilən yerə göndərilə və alına bilməsi, sağlamlıq imkanları məhdud olan şəxsləri təhsilə cəlb etməsi, işləyən və ya evdən çıxmaq imkanı məhdud olan şəxslərin təhsil almaq fürsəti verməsi. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir”.

İllərdir ki, Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət, ali təhsil müəssisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir. Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. Əslində distant təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlar da olmalıdır. Azərbaycanda hələ ki heç bir ölkənin distant təhsili tanınmır.

Onun fikrincə, XX əsrin 80-ci illərində kompüter texnologiyalarının cəmiyyət həyatına daxil olması ilə distant təhsil yeni forma və məzmun əldə etməyə başlayır. Daha sonra İnternetin dünyanın bütün ölkələrini simsiz rabitə ilə birləşdirməsi distant təhsilin imkanlarını genişləndirməklə yanaşı, həm də onu asanlaşdırır: “Hesab edirik ki, artıq Azərbaycanda da distant təhsilin tətbiqinin zamanı çatıb. Ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Eyni zamanda distant təhsili də. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır. Distant ali təhsil sürətlə artır, insanlar zaman və məkan anlayışını xeyli qabaqlayaraq təhsil almaq imkanlarını gerçəkləşdirirlər. Beləliklə də, "Ali təhsil haqqında" qanun layihəsində distant təhsilin əks olunması bu gün ən vacib istiqamətlərdən biridir. Əlbəttə ki, biz gənclərimiz üçün təhsilalma imkanlarının və formalarının qanunda yer almasına, bunun qanunla tənzimlənməsinə mütləq şəkildə baxılmalıdır. Distant diplomların taınması qanunla təsdiq olunduğu təqdirdə ABŞ-ın istənilən ali təhsil müəssisəsində distant təhsil alan gənclərimizin diplomlarının tanınmasında problem olmayacaq. Əlbəttə, burada da yenə sui-istifadə halları olacaq, amma məsələ ondan ibarətdir ki, növbəti mərhələdə bu diplomların tanınmasına onsuz da Təhsil Nazirliyinin Təhsildə keyfiyyət Təminatı Agentliyi yenidən baxacaq, hansı diplomlar tanınacaq, hansı tanınmayacaq, bu qurum qərar verəcək. Ona görə də, düşünürəm ki, təkmilləşdirilən qanun layihəsində distant ali təhsil diplomlarının tanınmasını əks etdirməliyik.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan şəxslərə də təhsil imkanı təmin edir. Təəssüf ki, bu gün distant təhsil sistemi üçün heç bir standart yoxdur. Buna görə də, bir çox insanlar tərəfində maddi vəsait xətrinə müxtəlif səpgidə proqram məhsulları yaradılır və satışa çıxarılır. Keçmişdən günümüzə qədər keçən bir dövrdə həyata keçirilmiş bütün nəzəri və praktik təcrübələr göstərir ki, təhsilin ən yüksək səviyyəsi daha çox müəllim tərəfindən idarə olunan tələbə qruplarından əldə edilir”.

Layihə rəhbərinin sözlərinə görə, gənclərə təhsil almaları üçün bütün mümkün şərait yaradılmalıdır. Növbəti illərdə distant təhsil alanların sayı daha da artacaq, ona görə də bunun qanunla tənzimlənməsi mütləqdir. Distant təhsilin ali təhsil sistemində oturuşmasının və getdikcə distant təhsilə marağın artdığının şahidi olacağıq. Qanun hazırlanarkən vacib məqam ondan ibarətdir ki, bizim insanlarımız qanundan yararlansınlar. Eyni zamanda qanun insanların fəaliyyətini tənzimləsin, hüquqi bir sənəd kimi meydana çıxsın. Bizim xeyli sayda insanlarımız var, diplomları əllərində qalıb, onlar bu diplomlardan istifadə edə bilmirlər. Bunu nəzərə almalıyıq. Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see423

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see305

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see244

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see207

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see205

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see198

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see184

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see170

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see168

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see161

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see154

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri