Mahmud Abbas Kiprə getdi, türk hökumətindən etiraz
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fələstin lideri Mahmud Abbas Cənubi Kiprə işgüzar səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Kipr hökumətindən məlumat verilib.
Məlumata görə, Abbas səfər çərçivəsində Cənubi Kipr Prezidenti Nikos Xristodulidislə danışıqlar aparacaq.
Abbasın səfəri oktyabrın 29-dan 30-dək davam edəcək.
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi isə Mahmud Abbasın səfəri ilə bağlı etirazını bildirib.
“Bu güclü tarixi həmrəylik ruhuna uyğun olaraq, Şimali Kipr Türk Respublikasının qanuni hüquqlarının və həssas məqamlarının nəzərə alınması ilə bağlı gözləntimizi vurğulamaq istəyirik. Adada iki fərqli xalqın və iki ayrı dövlətin mövcudluğu reallığını nəzərə alsaq, Kipr türk xalqının iradəsi nəzərə alınmadan həyata keçirilən bu səfər, Kipr türk icması tərəfindən üzüntü ilə qarşılanıb”, - nazirliyin X hesabında yaydığı bəyanatında bildirilib.
Baxış sayı:130
Bu xəbər 29 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















