Mahmud Qurbanov: Legioner limitinin ləğvi çempionata yox, millimizə təsirini göstərir
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tərlan Əhmədov fikirlərində haqlıdır. O, Nazim Süleymanov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov kimi mütəxəssislər klublarımızda baş məşqçi işləməlidir". Bu sözləri Sport24.az saytına açıqlamasında Mahmud Qurbanov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının başa çatan ilk dövrəsini şərh edib:
"Çempionat davam edir. Bəzi komandalar gözləntiləri doğruldur, bəziləri isə yox. Birinci dövrədən sonra fikir bildirmək bir qədər tezdir. Bir çox yeni futbolçular görürük. Demək olar ki, klublarımızın heyətinin əsasını legionerlər təşkil edirdi. Onların nə qədər keyfiyyətli olduğuni isə qış fasiləsində, çempionatın ilk dövrəsi bitəndə söyləmək olar. Legioner limitinin ləğvi çempionata yox, millimiz təsirini göstərir. Bu gedişlə yığmamızın heyətində klublarında daim oynayan futbolçuları görmək çətin olacaq".
Qeyd edək ki, bu gün Misli Premyer Liqasında ilk dövrə start götürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















