Icma.az
close
up
RU
Mahnının silinməsini tələb edirik Lamiyyə Ələkbərovadan AÇIQLAMA

Mahnının silinməsini tələb edirik Lamiyyə Ələkbərovadan AÇIQLAMA

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Müğənni Nurinin məşhur "Gözləyirəm" adlı mahnısı israilli müğənnilər tərəfindən oğurlanıb. 

İsrailli müğənnilər Eyal Golan və Eden Ben Zaken mahnının adını dəyişərək "Geri qayıtma" qoyub və onu ifa edərək "yutub"da yerləşdiriblər.

Nuri Sərinləndiricinin mətbuat xidmətinin rəhbəri, aparıcı Lamiyyə Ələkbərova AZXEBER.COM-a açıqlamasında hüquqi prosedurları başladacağını bildirib:

"Bu məsələdən dünən xəbərimiz olub və bu gün səhər oyanan kimi artıq bütün prosedurları başlatmışıq. Bizim istəyimiz sadəcə Azərbaycan musiqisinə və müğənnisinə hörmət olunmasıdır. Nurinin bütün mahnılarının müəlliflik hüquqları qorunur. Bu mahnının da musiqisi Zamiq Qasımov, sözləri isə Leyli Erola aiddir. O müğənni də yetərincə tanınmış müğənnidir. Bizə müraciət edib icazə istəsə idi, biz təmənnasız o icazəni verərdik. Amma bu şəkildə ifa edib, adını dəyişmək və yayımlamaq artıq bizə hörmətsizlikdir. Çünki biz o layihələr üzərində çox əziyyətlər çəkirik. Nuri də Rusiyada yaşayır, amma hansısa müğənninin mahnısını oxumur, özü nə isə təqdim etməyə çalışır. Bir dəfə Doğuşun mahnısını ifa etdik, mən şəxsən Doğuşdan icazə aldım, o da məmnuniyyətlə razılıq verdi. Nuri oxudu və konsertdə də təqdim etdik. Amma bizə qarşı kimsə belə səhv edəndə, məcburuq ki, qanunla hərəkət edək".

Lamiyə Ələkbərova maddi tələblərinin olmadığını bildirərək mahnının platformadan silinməsini tələb edəcəklərini deyib:

"Bizim heç zaman maddi bir tələbimiz və ya gözləntimiz olmayıb, ola da bilməz. Bizim mahnılarımız heç bir məbləğə satılmır. Tələbimiz mahnının silinməyi olacaq. Bundan sonra da bizə kimsə müraciət etsə, bilsin ki, heç bir puldan söhbət gedə bilməz. Amma olub ki, Türkiyədə biz hansısa serial üçün mahnı hazırlamışıq, oradan qonarar almışıq. Bu da sənədləşmə ilə olub. Biz sadəcə özümüzə və Azərbaycan mahnılarına hörmət, diqqət tələb edirik, bu qədər".

Aysel Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri