Makqreqor Holloueylə döyüşün etibarsız sayılmasını istəyir
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib.
Bakıvaxtı.az-ın məlumatına görə, döyüşçü bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib.
"Bəzi xəbərlərim var. Əvvəla, sabah ayağımın rentgen cavablarını götürəcəyəm, - deyə o qeyd edib. - İkincisi isə, qarşılaşma baş tutmamış hesab olunmalı və edilən bütün mərclər sahiblərinə qaytarılmalıdır".
Qeyd edək ki, ABŞ-nin Nevada ştatındakı Las-Veqas şəhərində təşkil edilən UFC turnirində Makqreqor Holloueyə məğlubiyyətlə üzləşib. İrlandiyalı idmançı 65 saniyə içində texniki nokautla uduzaraq, elə ilk saniyələrdəcə dizindən xəsarət alıb və matçı davam etdirmək imkanından məhrum olub. Döyüşdən sonra UFC prezidenti Deyna Uayt Makqreqorun dizinin ön çarpaz bağından zədələndiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















