Icma.az
close
up
RU
Makron Bakıdakı bu məhkəmə işinə müdaxilə etməyə cəhd edib Detallar üzə çıxdı

Makron Bakıdakı bu məhkəmə işinə müdaxilə etməyə cəhd edib Detallar üzə çıxdı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makronun sabiq mühafizə rəisi Aleksandr Benalla ilə bağlı rüşvət və qeyri-qanuni lobbiçilik işi üzrə aparılan məhkəmə prosesi davam edir.

"AzPolitika" xəbər verir ki, "Turkiye Gazetesi"-nin təhlükəsizlik mənbələrinə istinadla yayımladığı özəl xəbərdə deyilir ki, Fransadan müxtəlif kanallar vasitəsilə məhkəmə prosesinə təsir göstərmək məqsədilə müdaxilə cəhdləri olsa da, bu, bir nəticə verməyib.

Məlumata görə Prezident Makron Benalla ilə bağlı Bakıda aparılan istintaqa gizli şəkildə təsir göstərməyə çalışıb. Mənbənin bildirdiyinə görə, Parisdən müəyyən diplomatik təmaslar məhkəmə prosesinə təsir etmək məqsədi daşıyıb. Təmasların Fransadakı Yelisey sarayına yaxın xüsusi məsləhətçi qrupu tərəfindən təşkil olunduğu ehtimal edilir. Qeyd olunur ki, Parisdən bəzi kanallar vasitəsilə Bakıya “məhkəmə prosesinin daha az görünən şəkildə aparılması” ilə bağlı tövsiyələr çatdırılıb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz və Prezident Makronun sabiq mühafizə rəisi Aleksandr Benalla, Rusiya pasportu daşıyan azərbaycanlı milyarder Fərhad Əhmədovdan ümumilikdə 6 milyon 140 min dollar rüşvət almaqda ittiham olunur. İstintaq sənədlərinə əsasən, tərəflər 2018-ci ildə “konsultasiya müqaviləsi” adı altında razılaşma imzalayıb. Razılaşmaya görə, Əhmədovun “Luna” adlı lüks yaxtasına tətbiq edilən həbslərin götürülməsi və onun əmlakına qarşı beynəlxalq sanksiyaların yumşaldılması müqabilində ödəniş planı hazırlanıb.

İndiyədək Benallanın "Bank of Africa"-dakı hesabına 400 min dollar, Derrazın isə Al Hilal Bankdakı hesabına 200 min dollar köçürülüb. İşin beynəlxalq xarakter almasının ardından, Aleksandr Benalla barəsində "Interpol" tərəfindən qırmızı bülleten verilib. Onun hazırda Fransadan kənarda olduğu ehtimal olunur və ekstradisiya prosesi başlayıb. İttihamları qəbul etməyən Anass Derraz isə “cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması” və “rüşvətə yardım” maddələri üzrə məsuliyyətə cəlb olunub. Məhkəmədə o, növbəti iclasda ifadə vermək istədiyini bildirib.

Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci (böyük miqdarda cinayət gəlirinin leqallaşdırılması), 32.5 və 311.3.3-cü (böyük miqdarda rüşvət alınmasına kömək etmə) maddələri üzrə rəsmi ittiham irəli sürülüb. Məhkəmədə ittihamlar tərcümə olunaraq ona açıqlanıb. Əgər günahı sübuta yetirilərsə, 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə qarşılaşa bilər.

Qeyd edək ki, növbəti məhkəmə iclası 31 iyul saat 09:30-da keçiriləcək və Derraz bu prosesdə ifadə verəcək.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri