Makron daxili işlər nazirinin istefasını qəbul etməyib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Le Monde" qəzetinin Yelisey Sarayına istinadən verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər Naziri Loran Nunezin istefasını rədd edib və ondan kütləvi etirazçılarla davranış metodlarını dəyişdirməsini istəyib.
Məlumatı “Kommersant” verib.
Yelisey Sarayının açıqlamasında deyilir: “Hazırkı şəraitdə hüquq-mühafizə orqanlarına daimi nəzarətin zəruriliyi nəzərə alınmaqla, prezident cənab Nunezin istefasını qəbul etməkdən imtina etdi”.
Emmanuel Makron həmçinin Daxili İşlər Nazirliyinin rəhbərinə təhlükəsizlik xidmətlərinin işini araşdırmaq və hakimiyyət orqanlarının təhlükəni vaxtında qiymətləndirməməsinə və zorakı iğtişaşlara çevrilən etirazların qarşısını almağa səbəb olan səhvləri müəyyən etmək tapşırığı verib.
Bir gün əvvəl Fransa Yaşıllar Partiyasının lideri Marin Tondelier Loran Nunezin istefasını tələb edərək, hüquq-mühafizə orqanlarının etirazlar zamanı hərəkətlərini “tamamilə uğursuzluq” adlandırmışdı. O, həmçinin naziri dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz və digər taktikalardan istifadə edərkən bütün şəhərləri iğtişaşçıların ixtiyarına verməkdə günahlandırmışdı.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:149
Bu xəbər 19 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















