Makron homoseksualdır, arvadı cinsini dəyişib Rusiyanın məşhur nəşri
"Fransa prezidenti Emmanuel Makron növbəti dəfə qalmaqalın mərkəzində olub. Jurnalist Candace Ovens, Makronun həyat yoldaşı Bricitin cinsiyyətinin dəyişdirilməsindən əvvəl kişi olduğunu iddia edən bir araşdırma yayımlayıb. Politoloq Sergey Markov aif.ru-ya bildirib ki, bu məlumat Fransa liderinin təkcə şəxsi həyatını gizlətmədiyi, əksinə, açıq şəkildə ictimaiyyətə yalan danışdığına dair şübhələri gücləndirir".
AzNews.az-ın Rusiyanın məşhur "Arqumenti i Faktı" resursuna istinadən verdiyi xəbərə görə, o, həmçinin qeyd edib ki, fransızlar üçün bu xəbər sensasiya olmaya bilər, lakin beynəlxalq arenada belə münasibətlər suallar yaradır. Bu onunla əlaqədardır ki, dünyanın bir çox ölkələrində LGBT kampaniyalarına qarşı tendensiya güclənib.
Bununla belə, Markov əlavə edib ki, bu hekayədə əsas diqqət gender məsələsi deyil, Makronun təkrar yalanlarıdır və bu, onun etibarlılığını və reputasiyasını şübhə altına alır.
"Düşünürəm ki, bəzi insanlar homoseksual ola bilər, amma məsələ bu deyil. Burada başqa bir şey vacibdir. İş ondadır ki, Makron hər zaman yalan danışır. Məhz həyat yoldaşı ilə olan bu qalmaqal Fransa liderinin tez-tez yalana əl atdığını göstərir”, - ekspert qeyd edib.
Daha əvvəl Markov bildirmişdi ki, Fransa cəmiyyəti uzun müddətdir ki , Makronun kadr təyinatlarını və şəxsi üstünlüklərini nəzərə alaraq onun özünü gey* olduğundan şübhələndirir .
Qeyd edək ki, LGBT hərəkatı Rusiya Federasiyasında ekstremist kimi tanınır və qadağandır.
AzNews.az