Icma.az
close
up
RU
Makron iki istiqamətli mübarizəyə başladı: Keçmiş düşmən təkrar meydanda

Makron iki istiqamətli mübarizəyə başladı: Keçmiş düşmən təkrar meydanda

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa müxalifətinin lideri, parlamentdə ana müxalifətin rəhbəri Marin Le Penin həbs edilməsi böyük rezonans doğurub.

Növbəti prezident seçkilərində qalib gəlmə şansının yüksək olduğu deyilən müxalifət liderinin həbsi bu baxımdan xüsusi diqqət çəkib. Əsasən də dünyaya demokratiya çağırışları edən və özünü bu istiqamətdə nümunə kimi göstərən bir ölkədə belə bir halın yaşanması birmənalı qarşılanmayıb.

Bir çox Qərb eksperti hesab edir ki, “psevdosol” və “psevdoliberallar” artıq faşizmə doğru gedir və demokratiyanı tapdalamaqla məşğuldurlar.

Ümumiyyətlə, Qərbdə nələr baş verir? Bu, Fransa Prezidenti Emmanuel Makronun potensial rəqibini zərərsizləşdirmək cəhdləri kimi qiymətləndirilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Le Pen ailəsi Fransa siyasətinin ən köklü ailəsi sayılır:

“Radikal sağ uzun müddətdir məhz bu ailənin rəhbərliyi altında fəaliyyət göstərir. Fransa siyasətində hər zaman sağ və sol mərkəz partiyalar güclü rolda olub, onlar hər iki tərəfdən radikal qüvvələrin meydana çıxmasına imkan vermirdilər. Ancaq mərkəzçi mövqedə olan Emmanuel Makronun sol mərkəzlərin namizədi Fransua Ollandı və sağ mərkəzin namizədi olan Fransua Fiyonu məğlub etməsindən sonra bu qüvvələr arxa plana keçdi. Hazırda Makronun əsas rəqibləri radikal sağ və radikal soldur.

Suriya və Ukraynada baş verən müharibələr, həmçinin bunun fonunda müşahidə olunan çoxsaylı miqrant axını Avropada millətçilik meyillərini gücləndirdi. Nəticədə radikal sağ siyasətdə ciddi nüfuz qazandı. Marin Le Pen ötən il Avropa parlamentində keçirilən seçkilərdə qalib gəldi. Ölkə parlamentində baş tutan seçkidə hökumətin onun əlinə keçməməsi üçün Makron radikal solla razılıq əldə edib təkmandatlı dairələrdə Le Penə qarşı ittifaq qurdular. Nəticədə üstünlük Jan-Lük Melanşonun başında durduğu solçuların əlinə keçdi. Ancaq Makron hökuməti Melanşona vermədi, öz tərəfdarlarından ibarət azlıq hökuməti qurdu. Bu onu göstərirdi ki, Emmanuel Makron Fransa idarəçiliyini rəqiblərinə vermək istəmir və bunun üçün bütün üsullardan istifadə edəcək”.


Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Marin Le Penin nüfuzu prezident seçkilərində çox yüksək idi:

“Makron onu sıradan çıxardı. Bu vəziyyətdən keçmiş prezident Nikola Sarkozinin tərəfdarları istifadə edəcəklər. Sağ mərkəzdə təmsil olunan Sarkozi tərəfdarları radikal çıxışlarını artırıb başsız qalmış Le Pen tərəfdarlarını öz ətraflarına çəkməyə çalışacaqlar. Sarkozi azadlıqdan məhrum edildiyi üçün seçkiyə qoşula bilməz. Ehtimal ki, onun partiyası bu dəfə də seçkiyə keçmiş baş nazir Fransua Fiyonla gedəcək. Sabiq baş nazirin nüfuzu sağ mərkəzdə hələ də yüksəkdir, ancaq solda tam aktiv fəaliyyət göstərir.

Melanşon siyasi səhnədə uzun illərdir əsas fiqurlardan biridir. Yaşının çoxluğu və təcrübəsi onu Makron qarşısında təhlükəli fiqura çevirir. Melanşon bir dəfə fənd işlədib Makronun öz köməyi ilə parlamenti elə keçirdi. İndi onun əsas istədiyi bütün sol qüvvələri birləşdirmək və parçalanmış sağı məğlub etməkdir. Eyni zamanda qanunlara görə, Makron növbəti seçkilərdə iştirak edə bilməyəcək. Bu, Melanşonun yolunu açır. Ehtimal ki, növbəti seçkilər yenidən sağ və sol arasında baş tutacaq. Emmanuel Makron onların qələbəsinə mane olmaq üçün uğurlu namizəd meydana çıxarmalıdır. Ancaq bu müddətdə Makronun tərəfdarları arasında belə bir uğurlu sima gözə dəyməyib”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri