Icma.az
close
up
RU
Makron oktyabrın 8 də bəyanat verəcək Le Figaro

Makron oktyabrın 8 də bəyanat verəcək Le Figaro

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam açıqlama vermək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbəyə istinadən "Le Figaro" məlumat yayıb.

Qəzetin yazdığına görə, dövlət başçısı mövcud böhrandan çıxış yolu ilə bağlı siyasi partiyalarla məsləhətləşmək üçün istefa verən baş nazir Sebastyan Lekornuya verdiyi 48 saatlıq müddətdən sonra bəyanatla çıxış edəcək.

Qəzet Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılmasının müzakirəsinin mümkünlüyünü istisna etməyib. Qəzetin iddiasına görə, bunu Makronun çərşənbə axşamı Senatın spikeri Gerard Larcher və Milli Assambleyanın prezidenti Yael Bron-Pivet ilə görüşləri göstərir. Bu cür məsləhətləşmələr aşağı palata buraxılmazdan əvvəl Fransa Konstitusiyasının 12-ci maddəsində nəzərdə tutulub.

Eyni zamanda, başqa bir mənbə bildirib ki, “bunlar balans tapmağa yönəlmiş müzakirələrdir”. 18 yerdən 13-nün əvvəlki kabinet üzvlərinə keçdiyi yeni hökumətin elan edilməsinin ertəsi günü müxalifətin tənqidləri fonunda Lekornu istefasını Makrona təqdim edib.

Bazar ertəsi axşam Yelisey Sarayı elan edib ki, Makron Lekornuya çərşənbə gününə qədər bütün siyasi qüvvələrlə “fəaliyyət platforması müəyyən etmək və ölkənin sabitliyi naminə” yeni danışıqlar aparmağı tapşırıb. Mətbuatın Fransa liderinin yaxınlarına istinadən verdiyi məlumata görə, bu danışıqlar uğursuz olarsa, o, gələcək qərarlar üçün "məsuliyyəti öz üzərinə götürəcəyini" vəd edib,

Yelisey Sarayı bu bəyanatın arxasında duran əsas mənası barədə izahat verməyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri