Icma.az
close
up
RU
Le Figaro: “İran elitaları Fransaya tələsir”

Le Figaro: “İran elitaları Fransaya tələsir”

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, iranlı fransız jurnalisti Emmanuel Rezavinin iddiasına görə, son 24 saat ərzində islahatçı klanın bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən İslam Assambleyasının prezidenti parisli hüquqşünas vasitəsilə öz qohumları üçün Fransa vizası almağa cəhd ediblər.
Genişmiqyaslı daxili etirazlar fonunda İranın Xarici İşlər naziri Abbas Əraqçi Vaşinqton “diktatura siyasətindən əl çəkib vicdanlı dialoqa girən kimi” ABŞ ilə vicdanlı danışıqların başlaya biləcəyini vurğulayıb. Bununla belə, o, Beyruta səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında qeyd edib ki, İran istənilən vəziyyətə, xüsusən də İsraildən gələn misli görünməmiş təhlükələr qarşısında tam hazırdır.
Nobel Sülh Mükafatı laureatı və tanınmış iranlı hüquq müdafiəçisi Şirin Ebadi, öz növbəsində, İranın hazırda İslam Respublikası tarixində ən böyük tətil və etiraz dalğasını yaşadığını vurğulayıb.
“Nümayişlər göstərir ki, iranlılar “artıq despotizmi qəbul etmirlər”. Azad və demokratik İran bütün insanların əməkdaşlığında birlik və həmrəylik yolu ilə qurulacaq. İran xalqı daha az əzab və daha çox sevinclə fərqli bir İran qurmaq üçün birlikdə çalışır”, - Ebadi özünün “Instagram” səhifəsində yazıb.
Onun sözlərinə görə, cəmiyyətdə sərgilənən həmrəylik gələcək siyasi hərəkatlar üçün ibrət dərsidir: “İranlılar artıq avtokratiyaya tabe olmayacaqlar”.
İranın Teleqram-kanallarının məlumatına görə isə, yanvarın 7-8-də İranda təhlükəsizlik qüvvələrinin sərt repressiyaları ilə müşayiət olunan xalq etirazları dalğası yenidən güclənib. Polis Fars əyalətinin Kühçənar və Lorestan əyalətinin Kuhdeşt şəhərlərində etirazçılara atəş açıb. Kühçənar ərazisində internetdə ciddi kəsilmələrin olduğu da bildirilir.
Rza Pəhləvi İranın güc strukturlarına müraciət edib | VİDEO Ölkənin bir sıra bölgələrində itaətsizliyə qarşı repressiyalar fonunda etiraz hərəkatı vətəndaş müqaviməti kimi genişlənməkdə davam edir. Yanvarın 8-də Kürdüstan partiyaları, siyasi təşkilatları və vətəndaş təşkilatlarının birgə çağırışına cavab olaraq Sənəndəc, Rəvanser, Merivan və Divandar şəhərlərində ümumi tətillər başlayıb. Ticarət obyektləri və müəssisələr bağlanıb. İlam vilayətinin Serable şəhərində etirazçılar İranın Ali dini lideri Əli Xamneyinin plakatlarını yandırıblar.
Bu arada ABŞ Konqresinin respublikaçı üzvü Kit Self İranın teokratik rejiminin saylı günlərinin qaldığını iddia edib.
“Küçələr etirazçılarla dolu olduğu halda, Ayətullah Əli Xamneyinin artıq dəyişiklik vaxtının gəldiyini başa düşməsi müdriklik olardı”, – müxalif “İran İnternational” telekanalı amerikalı konqresmendən sitat gətirir.
Yanvarın 7-də adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi İranın “dinc nümayişçiləri öldürəcəyi halda” ABŞ-nin buna güc tətbiqi ilə cavab verəcəyini deyib.
- Donald Tramp açıq şəkildə bildirib ki, İran dinc nümayişçiləri güllələyib vəhşicəsinə öldürsə, çox ciddi ziyanla üzləşəcək. “Gecəyarısı çəkici” və “Mütləq qətiyyət” əməliyyatları göstərdi ki, ABŞ prezident öz sözünün üstündə durur”, - amerikalı məmur “İran İnternational” telekanalına açıqlamasında vurğulayıb.
Xatırladaq ki, İranın vəliəhd şahzadəsi Rza Pəvləhi yanvarın 7-də ölkənin güc strukturlarının əməkdaşlarına müraciət edərək, onları etirazçıların yanında olmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri