Makron və Starmer Ukrayna ilə bağlı qarantiya bəyannaməsi imzalayıb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa, Böyük Britaniya və Ukrayna liderləri Parisdə atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar.
Ölkə.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün davamlı sülh üçün etibarlı zəmanətlər verməklə əhəmiyyətli irəliləyiş əldə etdik". O bildirib ki, bu zəmanətlər Rusiya ilə Ukrayna arasında hər hansı bir sülh müqaviləsinin gələcəkdə pozulmayacağına zəmanət verir.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov isə sosial mediada yazıb ki, Ukraynada davamlı sülhün qurulması üçün güclü təhlükəsizlik zəmanətləri. rifaha sadiqlik vacibdir. “Bbiz buna nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik”, - o vurğulayıb.
Uitkov onu da əlavə edib ki, Amerika və Avropa tərəflərinin yanvarın 7-də Ukrayna nümayəndə heyəti ilə müzakirələri davam etdirəcək. "Yaxın gələcəkdə daha böyük müsbət irəliləyiş əldə etməyi ümid edirik", - o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 07 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















