Starmer və Makron Ukrayna böhranının həllində Trampla əməkdaşlıq edəcəklər
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyanın baş naziri Kir Starmer Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb və tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Starmerin ofisinin bəyanatında deyilir.
“Onlar Ukraynada baş verən son hadisələri müzakirə edərək, prezident Volodimir Zelenskiyə və Ukrayna xalqı üçün ədalətli və davamlı sülhün təmin edilməsinə sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.
Ofisin məlumatına görə, tərəflər ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini alqışlayıblar və yaxın günlərdə Tramp və Zelenski ilə sıx əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər.
Baxış sayı:115
Bu xəbər 10 Avqust 2025 03:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















