Merts, Starmer və Makron Londonda Ukrayna üzrə məsləhətləşmələrə qatılacaq
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Almaniya Kansleri Fridrix Merts dekabrın 8-də Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün Londona səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun açıqlamasına istinadən məlumat yayıb.
Məsləhətləşmələrdə Merts ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, həmçinin Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcəklər. Onların Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların gedişini müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, 4 və 5 dekabrda Floridada ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonun təklif etdiyi sülh planı üzrə danışıqlar aparıblar.
Bu mövzuda digər xəbərlər:Makron, Merts, Tusk və Starmer Kiyevdədir
10 May 2025 13:16
Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər
06 Dekabr 2025 22:42
ABŞ dövlət katibi Londonda Ukrayna üzrə danışıqlara qatılacaq
22 Aprel 2025 22:56
Starmer, Makron və Merts İranla danışıqların bərpasını dəstəkləyiblər
25 İyun 2025 04:54
Starmer, Merts və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər
13 İyun 2025 15:30
Baxış sayı:44
Bu xəbər 06 Dekabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















