Makron: Yalnız ukraynalılar güclü və davamlı sülhlə bağlı müzakirələr apara bilər
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, sülh danışıqlarını yalnız Ukrayna aparmalıdır və Fransa bu prosesə fəal şəkildə töhfə verəcək.
Makron bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub və o, Ukraynanın sülh danışıqlarına rəhbərlik etməsinin vacibliyini vurğulayıb.
"Mən indicə prezident Zelenski ilə danışdım. Əgər prezident Tramp həqiqətən Putini Ukraynaya qarşı təcavüzünü dayandırmağa inandıra bilsə, bu, əla xəbərdir. O zaman yalnız ukraynalılar güclü və davamlı sülh haqqında müzakirələr apara bilər. Biz onlara bunu etməyə kömək edəcəyik".
Onun sözlərinə görə, eyni zamanda, avropalılar kollektiv təhlükəsizliyi gücləndirməli və daha avtonom olmalıdırlar.
"Fransa bu prosesin sürətləndirilməsində bütün rolunu oynayacaq. Daha güclü və daha suveren Avropa - gəlin bunu indi edək", - Fransa prezidenti əlavə edib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















