Icma.az
close
up
RU
“Yalnız Makron digərlərinə xəyanət edə bilər” “Le Monde”

“Yalnız Makron digərlərinə xəyanət edə bilər” “Le Monde”

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 20-də Fransanın məşhur “Le Monde” qəzetində “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin 2-ci hissəsi işıq üzü görüb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar öz əksini tapıb:
- 4 dekabr 2014-cü ildə təzəlikcə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “start-ap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən söyləmişdir ki, “mən sosialistəm və mən bunu qəbul edirəm”. 2 il sonra 2016-cı ilin avqustunda Puy du Fou attraksion meydançasında o, etiraf edir: “Səmimiyyət məni məcbur edir deməyə ki, mən sosialist deyiləm”.
E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? Siyasətdə yoxdur. Hər bir halda o hamısını səsləndirib: “Liberal”, “islahatçı”, “patriot”, “tərəqqipərvər” və s. Nəticədə hamısını birləşdirib “eyni anda” söyləməyə başladı.
- E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir. 2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən c-b “Eyni anda” (E.Makron nəzərdə tutulur) nəticədə “hər şey və onun əksinə” çevrildi.
- Bu gün Fransua Olland deyir ki, “Emmanuel Makron yalan danışandır”. Lakin Prezidentlik dövründə F.Olland bunu hələ bilmirdi.
- E.Makron ona dəstək göstərəcək bir nüfuzlu şəxs axtarışında idi və seçimini keçmiş Baş nazir Michel Rocard üzərində dayandırır. M.Rocard-ı sol və sağ siyasi düşərgələrdə bəyənilirdi.
Həmin dövrdə E.Makron televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi ki, “bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir”. Lakin görüşlərdə o söyləyirdi ki, “həm sağ, həm sol olsun”. M.Rocard onu çox ciddi fiqurlarla tanış etdi. Lakin, 2016-cı ildə o, M.Rocard-ın dəfnində iştirak etmir və onun həyat yoldaşını heç bir zaman bir daha Yelisey Sarayına dəvət etmir.
- 2015-ci ildə E.Makron “Le Monde” etiraf etmişdir ki, “Mən heç bir zaman Sarkozini bəyənməmişəm. Burada vulqarlıq və Respublikaya münasibətdə problem var.” Həmin dövrdə hər 2 şəxsin bir birinə nifrət edirdi. N.Sarkozi E.Makron barəsində “Makron, bizim təlxək olan nazirimiz” deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. E.Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və N.Sarkozini Yelisey Sarayına qəbul etməyə başladı. Hər yeni dövlət formalaşanda Sarkozi öz fikrini söyləyir, adlar təklif edir. Lakin heç bir zaman eşidilmir.


Sarkozi yaxın ətrafına deyir ki, “Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda biz bilmirik kiminlə danışdıq.”
- E.Makron vədlərini tutmur. 2017-ci ildə verdiyi vədlərdən biri evsiz adamlar problemini həll etmək idi. Bu problem hələ də var. Elə həmin il Marseldə E.Makron deyirdi “Qəmərlilər, İtalyanlar, Əlcəzairlilər, Mərakeşlilər, Tunislilər, Malililər, Seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları! 2019-cu ildə isə E.Makron immiqrasiya haqqında bir problem, qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox immiqrant özünü aldadılmış hiss etdi. Onun bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi François Dosse “Le Monde” sərt məqalə dərc edir. Qəzəbli Makron ona 7 səhifəlik cavab məktubu yazır. Yalnız Makron digərlərinə xəyanət edə bilər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri