Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Makrondan Fransanın yumşaq güc siyasətinə BÖYÜK ZƏRBƏ

Makrondan Fransanın yumşaq güc siyasətinə BÖYÜK ZƏRBƏ

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Son zamanlar Fransa-Əlcəzair münasibətlərində gərginlik daha da artıb. Belə ki, diplomatik gərginlik fonunda rəsmi Paris Əlcəzair vətəndaşlarına qarşı viza məhdudiyyətlərini ciddi şəkildə sərtləşdirib. Makron hökumətinin qərarına əsasən, Əlcəzair vətəndaşlarına uzunmüddətli vizaların verilməsi dayandırılır və onların Fransada qalma müddəti qısa?dılır. Fransaya səfər etmək istəyən və ya bu ölkədə yaşayan Əlcəzair vətəndaşları üçün digər qadağalar da tətbiq edilib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da Fransanın Baş naziri Fransua Bayruya yazdığı məktubda Əlcəzairə qarşı daha sərt tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. O, iddia edib ki, Əlcəzair rəsmiləri münasibətlərin normallaşdırılması üzrə müraciətlərə cavab verməyib və Fransanın daha sərt addımlar atmaqdan başqa çarəsi qalmayıb. Makron əlavə edib ki, Əlcəzairin diplomatik pasport sahiblərinə viza güzəştinin verilməsinə dair 2013-cü ildə imzalanmış saziş ləğv edilir və o, bu barədə qarşı tərəfin müvafiq orqanlarına məlumat verməyi Baş nazirə tapşırıb.

Analitiklərdən xəbərdarlıq - Makron düzgün siyasət yürütmür

Makron hakimiyyətinin Əlcəzair ilə münasibətlərdə son addımları bir çox fransalı ekspertlər tərəfindən birmənalı qarşılanmır - onlar hesab edirlər ki, viza məsələsindən diplomatik təzyiq vasitəsi kimi istifadə etmək Fransa üçün mənfi nəticələrə səbəb olacaq. Onların fikrincə, bu, həm Fransa və Əlcəzair xalqları arasında mədəni əlaqələri zəiflədəcək, həm də Əlcəzairdə Fransa mədəniyyətinin təbliğatına zərbə vuracaq və fransız dilindən davamlı istifadə etmək imkanlarını məhdudlaşdıracaq. Ekspertlər qeyd edirlər ki, Fransız dili Əlcəzairdə milyonlarla insanın təhsil, iş və gündəlik həyatında əsas rol oynayır - bu dili seçən gənclər təkcə keçmişin yadigarı olaraq deyil, həm də mədəni yaxınlıq səbəbindən onu öyrənirlər. Ekspertlərin fikirləri onu deməyə əsas verir ki, Makron hökumətinin vizanın sərtləşdirilməsi ilə bağlı qərarı nəinki iki xalq arasında çoxəsrlik mədəni əlaqələrin üzərindən xətt çəkir, hətta Fransanın Afrikada ənənəvi yumşaq güc siyasətinə çox böyük zərbə vurur. Fransalı ekspertlər, həmçinin təəssüflənirlər ki, Fransa kimi iqtisadi gücə sahib bir ölkə keçmiş müstəmləkəsinə qarşı kiçik və dar çərçivəli viza siyasətini bir təzyiq vasitəsinə çevirir - Makron hakimiyyəti bununla Fransanı regionda və Afrika ölkələri qarşısında zəif və qeyri-konstruktiv bir aktor kimi təqdim edir. Qeyd edək ki, Əlcəzair dünyada ən çox fransızdilli əhalinin olduğu dördüncü ölkədir. Fransa universitetlərində təhsil alan, bu ölkənin elmi mərkəzlərində tədqiqatçı kimi fəaliyyət göstərən və bu ölkədə sahibkarlıqla məşğul olan Əlcəzair vətəndaşlarının sayı kifayət qədərdir. Sözsüz ki, viza məhdudiyyətləri ilə bağlı qərarın həyata keçəcəyi təqdirdə Əlcəzair vətəndaşları əvvəlki dövlərdə olduğu kimi iş, təhsil və biznes hüquqlarından istifadə edə bilməyəcəklər. Bu, Fransa üçün mənəvi və strateji bir itki deməkdir. Bu qərar Əlcəzairdə antifransız hisslərin dərinləşməsinə, xüsusilə də gənclərin fransız dilindən uzaqlaşıb ingilis, alman, ispan, hətta Çin dilinə yönəlməsinə yol açacaq.

Adevkat cavab

Əlcəzair rəsmi Parisin addımlarına cavab qismində adekvat qərar qəbul edib. Belə ki, artıq diplomatik pasportu olan Fransa vətəndaşlarına da viza rejimi tətbiq olunacaq. Əlcəzair Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, rəsmi Əlcəzair Fransanın dövlət başçısı Emmanuel Makronun əlcəzairlilərə qarşı sərt addımlarını və onların viza güzəştlərinin ləğv edilməsi ilə bağlı qərarını qəbuledilməz hesab edir.

Xatırladaq ki,  aprelin 14-də Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarıb.

Əlcəzairlilərə qarşı dözümsüzlük...

Avqustun 4-də Parisin Sen-Sen-Deni departamentində  yerləşən “La Bergere” parkında əlcəzairli inqilabçı və feminist Danyel Camila Amran-Minnin adını daşıyan bina yandırılıb. Hadisə  Əlcəzairin müstəqillik günündə keçirilən rəsmi mərasimdən sonra baş verib. Həmkarlar ittifaqı təşkilatları bu cinayətdə sağçı ekstremist qrupların məsuliyyət daşıdığını bildiriblər. Qeyd edək ki, bir neçə ay bundan əvvəl binaya Danyel Camila Amran-Minnin adının verilməsi Fransanın müstəmləkəçi keçmişinə nostalji ilə yanaşan ifrat sağçı çevrələrdə sərt tənqidə səbəb olub. Həmin binaya tezliklə irqçi şüarlar yazılıb, ardınca avqustun 4-də gecə yandırılıb. “Liberation” qəzetinə görə, yanğın binanın ön hissəsində, Amran-Minnin adının yazıldığı və əvvəllər qara boya ilə qaralanmış hissədə başlayıb. Ümumi Əmək Konfederasiyası (CGT) və “Union Syndicale Solidaires” kimi böyük həmkarlar ittifaqı təşkilatları bəyanat yayaraq qeyd ediblər ki, son hadisə ifadə azadlığını və insan haqlarını təhdid edən cinayət aktıdır. “Bu ev bir aydır ki, Əlcəzair Milli Azadlıq Cəbhəsinin (FLN) döyüşçüsü və feminist Amran-Minnin adını daşıyır və həmin gündən bəri Fransa müstəmləkəçiliyinin nostalgiyasını yaşadan qrupların hədəfinə çevrilib”, - deyə bəyanatda bildirilir. Sözügedən təşkilatlar qeyd edirlər ki, bu hücum təkcə cinayət aktı deyil, əksinə, artmaqda olan irqçilik və islamofobiyanın bir hissəsidir. “Bu ağır hadisələr təəccüblü deyil. Çünki cəmiyyətdə irqçi və islamofob fikirlər artıq açıq şəkildə ifadə edilir və bu da nifrət cinayətlərinə zəmin yaradır”, - deyə bəyanatda vurğulanıb. Bununla yanaşı, həmkarlar ittifaqları Fransada irqçilik və islamifob hallarının kəskin sürətdə artmasında aidiyyatı dövlət orqanlarını günahlandırıblar - onlar həmin orqanların bilərəkdən bu cür halların baş verməsinə şərait yaratdığını bildiriblər.

Öz əli ilə öz başına zərbə...

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makron öz əli ilə Fransanın yumşaq güc siyasətinin təsir imkanlarını zəiflədir.

“Fransa Əlcəzairə münasibətdə çox radikal  mövqe sərgiləyir. Bu, isə doğru deyil, hətta qeyri-rasional bir siyasətdir. Anlamaq lazımdır ki, Əlcəzairin Fransa ilə mədəni cəhətdən çox yaxın bağlantıları var. Milyonlarla Əlcəzair vətəndaşı hər ilə Fransaya gedib-gəlir, bu ölkədə yaşayır və müxtəlif sahələrdə işləyirlər. Təəssüflər olsun ki, güclü siyasi və iqtisadi dayaqlara malik olan Fransa Əlcəzair ilə münasibətlərin kəskinləşməsini prioritet hesab edir. Makron öz addımları ilə iki ölkə arasında münasibətlərin gələcəyinə zərbə vurur və bu münasibətləri təhlükə altına atır. Dialoq aparmaq və konstruktiv yanaşma sərgiləmək əvəzinə çox sərt metodlara əl atmaq, təbii ki, Fransanın Afrikada yumşaq güc siyasətinə böyük zərbə vuracaq. Dil kommunikasiya və mədəni təsir vasitəsidir. Tarixən böyük güc mərkəzləri müxtəlif regionlarda öz təsir imkanlarını artırmaq üçün yerli xalqlara öz dillərini mənimsədiblər. Görünür, Fransa, əlində, olan imkanları itirmək istəyir. Vizanın sərtləşdirilməsindən təzyiq vasitəsi kimi istifadə etmək heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və əksinə Fransa bu cür addımlarla Əlcəzair ilə xarici siyasətini fiaskoya uğradacaq,” - deyə İ.Hüseynov vurğulayıb. Ekspert əlavə edib ki, Fransada müsəlmanlara və digər qeyri-fransalı millətlərə qarşı irqçilik geniş vüsət alıb: “Ümumiyyətlə, Makronun hakimiyyəti dövründə Fransada Afrika və digər dövlətlərdən olan xalqlara qarşı irqçilik daha da güclənib. Artıq bu, dözümsüzlük halına çevrilib. İndiki hakimiyyət bütün bu hallara göz yumur, xüsusilə də dəniz aşırı dövlətlərin xalqlarına qarşı repressiv siyasət yürüdür. Fransa öz əvvəlki müsbət imicini itirib. Eyni zamanda, Fransaya qarşı beynəlxalq səviyyədə mənfi münasibət günü-gündən güclənməkdədir. Bunun kökündə isə ayrı-seçkilik və irqçilik dayanır”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri