Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Makrondan gecikmiş etiraf

Makrondan gecikmiş etiraf

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni siyasi don, yoxsa...

Nəhayət, Makron Fransanın Afrika ölkəsində hərbi cinayətlərini etiraf etdi. Belə ki, Fransa Prezidenti Emmanuel Makron Kamerun Prezidenti Pol Biyaya ünvanlandığı məktubda Kamerunun müstəqillik uğrunda mübarizəsi zamanı amansız repressiyalarda Fransanın rolunu rəsmən etiraf edib. Fransa KİV-ləri qeyd edirlər ki, Makronun Kamerun prezidentinə bu məktubu 1945-1971-ci illərdə Kamerunun müstəqillik uğrunda mübarizəsində Fransanın rolunu və iştirakını araşdıran birgə Fransa-Kamerun komissiyasının gəldiyi nəticələrə əsaslanır. “Tarixçilər aydın şəkildə göstərdilər ki, Kamerunda gedən müharibə zamanı müstəmləkə hakimiyyəti və Fransa ordusu ölkənin müəyyən hissələrində müxtəlif repressiv zorakılıqlara əl atıb. Bu gün mən bu hadisələrdə Fransanın rolunu və məsuliyyətini etiraf etməliyəm”, - deyə Fransa prezidenti öz məktubunda bildirib. Makronun məktubu yanvarda dərc edilmiş hesabatdan sonra açıqlanıb. Hesabatda bildirilir ki, Fransa kütləvi məcburi köçürmələr həyata keçirib, yüz minlərlə kamerunlunu internasiya düşərgələrinə göndərib və  Mərkəzi Afrika ölkəsinin suverenlik arzusunu boğmaq üçün amansız döyüşçü dəstələrini dəstəkləyib. Qeyd edək ki, Kamerun Birinci Dünya müharibəsindən sonra Böyük Britaniya və Fransa arasında bölünməzdən əvvəl Almaniyanın müstəmləkəsi idi. BMT-nin himayəsi altında Fransanın idarəçiliyində olan ərazi 1960-cı ildə müstəqillik qazanıb, Kamerunun britaniyalı sakinləri isə 1961-ci ildə federasiya çərçivəsində fransız Kamerununa qoşulmaq üçün səs veriblər.

Nə qədər kamerunlu həlak olub?

İyirmi beş il ərzində Fransa ordusu Kamerunda yerli əhaliyə qarşı saysız-hesabsız hərbi cinayətlər törədib. İstər müstəqillik uğrunda mübarizə zamanı, istərsə də müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə Fransa hərbçiləri üsyanları yatırmaq adı altında ölkənin bir çox ərazilərində vəhşiliklərə əl atıb, bir sıra kəndləri yandıraraq yer üzündən silib və yerli əhalini zorla xüsusi düşərgələrə sürgün edib. Nəticə etibarı ilə xeyli qadın, körpə və uşaq öz həyatını itirib. Bəzi rəqəmlərə görə, Fransanın təcavüzü nəticəsində yüz minlərlə, hətta bir milyon insan həlak olub. İndiyə qədər nə Fransa, nə də Kamerun dövləti tərəfindən həlak olanların sayı barədə dəqiq hesablanmalar aparılmayıb. 1964-cü ildə Britaniyanın Kamerundakı səfirliyinin təxmini hesablamalarında on il ərzində 61  300 və 76  300 arası  mülki vətəndaşın həlak olduğu, qurbanların 80%-nin ölkənin Bamileke bölgəsindən olduğu bildirilir.  Kamerundakı Fransız Ekspedisiya Korpusunun komandiri, general Maks Briand isə təkcə 1960-cı ildə 20  insanın öldürüldüyünü iddia edir. Məsələyə tarixçilər də öz münasibətini bildirib. Tarixçi Bernard Droz hesab edir ki, 1955-ci ildən 1959-cu ilə qədər -  müstəqillikdən əvvəlki dövrdə təxminən 10  insan Fransa təcavüzünün qurbanı olub. Fransız tarixçisi Mark Mişelin araşdırmalarına görə, müstəqillikdən sonrakı dövr - vətəndaş müharibəsi zamanı on mindən çox dinc sakin öldürülüb.  Kamerunlu hüquq müdafiəçiləri isə ümumilikdə həlak olanların sayının 100  ilə 400  arasında olduğunu qeyd edirlər.

Həqiqi etiraf, yoxsa hiyləgərlik...

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makron özünü sülh göyərçini kimi qələmə verməyə çalışır. “Fransanın prezidenti Emmanuel Makron özünü ədalətli dövlət xadimi kimi təqdim etmək üçün müxtəlif siyasi oyunlara əl atır. Onun Kamerun prezidentinə məktubu “tülkü həccə gedir” məsələsinə bənzəyir. Makronun hiylələrinə aldanmaq olmaz. İstər Makron olsun, istərsə də Fransanın keçmiş dövlət xadimləri olsun, onların xislətini anlamaq üçün Fransanın yaxın keçmişini nəzərdən keçirmək bəs edər. Fransa dünyada ən qəddar və ən amansız müstəmləkə ölkəsi olub. Tarix boyu Fransa dünyanın müxtəlif regionlarında, xüsusilə Afrika və Asiyada bir çox əraziləri qəsb ed, həmin ərazilərdə təbii sərvətləri istismar və talan edib, yerli xalqlara qarşı qırğınlar törədib. Fransanın Əlcəzairdə, o cümlədən Afrikanın müxtəlif bölgələrində yerli xalqlara qarşı törətdiyi soyqırımlar bəşəriyyət və insanlıq tarixində dərin iz buraxıb. Fransa bütün bunlardan utanmalıdır. Fransa bu gün də öz müstəmləkə siyasətini davam etdirir. 21-ci əsrdə yaşadığımıza baxmayaraq, Fransa hələ də öz müstəmləkə siyasətindən əl çəkmək istəmir. Fransanın hələ də müstəmləkəsi kimi qalan dəniz aşırı dövlətlərdə artıq müstəqillik və azadlıq uğrunda mübarizə başlayıb. Əminəm ki, yerli xalqlar öz mübarizəsinin bəhrəsini görəcəklər - Fransanın əsarətindən xilas olacaqlar. Makronun özünü sülh göyərçini kimi qələmə verməsi onun nə dərəcədə hiyləgər olduğunu deməyə əsas verir,” - deyə E.Məmmədov vurğulayıb. 

Bütün hərbi cinayətlər etiraf olunmalıdır

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Makron Fransanın təkcə Kamerunda deyil, həmçinin vaxtilə onun müstəmləkəsi olan ölkələrdə də hərbi cinayətlərini etiraf etməlidir. “Makron özünü ədalətli və tarixi reallıqları qəbul edən bir lider kimi göstərməyə çalışır. Əslində, Makron bu cür hərəkətləri ilə özünə siyasi don geyindirir. Bunu başa düşmək üçün onun əvvəlki çıxışlarına baxmaq kifayətdir. Fransanın 20-ci əsrdə, hətta ondan əvvəlki dövrlərdə Afrika, Asiya və dənizaşırı bölgələrdə törətdiyi soyqırımlar Fransa lideri tərəfindən qəbul edilmirdi. Makron bəyan edirdi ki, Fransanın üzr istəməsi üçün heç bir əsas yoxdur. Lakin sonradan cəryan edən proseslər, xüsusilə də dənizaşırı bölgələrdə müqavimət hərəkatının başlanılması və Fransa dövlətinə qarşı artan beynəlxalq təzyiqlər Makronu öz siyasətini qismən dəyişməyə vadar edib. Fransanın Kamerundakı hərbi cinayətlərini etiraf etməsi bunu sübut edir,” - deyə İ.Hüseynov əlavə edib ki, Makron bu kimi məsələlərdə ayrı-seçkilik edir. “Makron Fransanın Əlcəzairdə yerli xalqa qarşı törətdiyi soyqırımı da etiraf etməlidir. Amma o, bunu etmir. Fransa vaxtilə əsarətində olan əraziləri zor gücü ilə öz əlində saxlamaq üçün oralara döyüşçü dəstələri göndərib. Həmin dəstələr müqavimət hərəkatlarını yatırmaq üçün yerli əhaliyə amansız divan tutub. Fransa liderinin nə deməsindən asılı olmayaraq, bütün tarixi hadisələrə hüquqi qiymət verilməlidir”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri