Icma.az
close
up
RU
“Milyarderlər İttifaqı”nın yeni oyunu? KONKRET

“Milyarderlər İttifaqı”nın yeni oyunu? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Deyilənlər olsa, AKİ-nin yeni sədri gələcək Prezident seçkilərində ‘Milyarderlər İttifaqı’nın namizədi olacaq!”

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Rza Rzayev Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yaxın günlərdə keçiriləcək rəhbərlik seçkiləri ətrafında yaranmış kəskin qarşıdurmanı şərh edərkən deyib. Onun sözlərinə görə, qurumda sədrlik uğrunda mübarizə artıq pik həddə çatıb və tərəflər, qruplar açıq mübarizəyə qalxsalar da, burada gedən dava əslində kino davası deyil: “Əli İsa Cabbarov — ‘Milyarderlər İttifaqı’nın maliyyələşdirdiyi və Rusiyanın Azərbaycanda Prezident ‘seçdirmək’ istədiyi Rüstəm İbrahimbəyovun ən sadiq adamıdır. Həmin dövrdə bir çox dostları, sənət yoldaşları Rüstəm İbrahimbəyovu yarı yolda qoysa da, Əli İsa Cabbarov bütün təzyiqlərə rəğmən onu dəstəklədi. Yəni sona qədər Rüstəm İbrahimbəyovu Prezident görmək uğrunda mübarizə apardı və Cənab İlham Əliyevin təkrar Prezident seçilməsinə qarşı çıxdı. Gerçək Əli İsa Cabbarov budur: ən çətin anda Rüstəm İbrahimbəyovun yanında olan, onu satmayan. Cənab İlham Əliyevin təkrar Prezident seçilməsinə qarşı çıxan adam! Bu gün AKİ-də antiəliyevçilər Əli İsa Cabbarovu bu hərəkətinə görə öyürlər!”

Aktyor qeyd edib ki, namizədliyi irəli sürülən şəxs bir neçə il ərzində ittifaq daxilində özünəməxsus bir qruplaşma formalaşdırıb və qurumu faktiki olaraq dövlət içində dövlətə çevirib: “Adam həm də bir neçə ildə ‘yaxşı’ təşkilatçı olduğunu da sübut etdi. Bir neçə ilə AKİ-də antiəliyevçilərdən ibarət öz kruqunu, briqadasını yarada bilib və onlar da bu gün açıq şəkildə ona dəstək verirlər. Həmçinin o, AKİ-ni ‘mini Mədəniyyət Nazirliyi’nə çevirib. Bu gün AKİ Mədəniyyət Nazirliyinin funksiyasına aid olan işləri həyata keçirir, yəni dövlət içində dövlət işlərini. Sizcə ‘Milyarderlər İttifaqı’ndan və dolayı yolla Rusiyadan dəstək alan adamları cəmiyyət həyatında önəmli yeri olan, ictimai şüura və ictimai rəyə təsir edə bilən ittifaqa sədr və yaxud idarəedici orqana rəhbər seçmək olar? Bu gün dünyada, regionumuzda və ölkəmizdə gedən ictimai-siyasi proseslərin gərginliyi və Rusiya ilə təzadlı münasibətlər fonunda ‘Milyarderlər İttifaqı’na rəğbəti olan adamların sabah dövlətimizin maraqlarına qarşı çıxmayacağına kimlər və necə qarantiya verə bilərlər?”

Sənətçi yaranmış vəziyyətlə bağlı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, prosesin arxasında xüsusi xidmət orqanlarının ssenarilərinin dayandığını iddia edib: “Təcili tədbirlər görülməlidir! Sabah ‘Milyarderlər İttifaqı’ yenə Azərbaycanda öz adamlarını Prezident görmək istəyəcək və həmin adam yenə də AKİ-nin sədri ola bilər! ‘Milyarderlər İttifaqı’ bunun üçün indidən ‘görünməz’ təminedici məqsədlər həyata keçirir; öz gələcək namizədlərinə yeni status qazandırmaq istəyirlər və onun ictimai statusunu legitimləşdirirlər. Çünki Əli İsa Cabbarovun sədr olması üçün aparılan təbliğat KQB taktikaları ile tam üst-üstə düşür! Bilərəkdən və ya bilməyərəkdən bəzi sənət adamları da bu işin iştirakçısına çevriliblər. Bəlkə də heç Əli İsa Cabbarovun özü də indi hansı oyunda olduğunu, ona verilən dəstəyin haradan gəldiyini dərk etmir…”

Rza Rzayev illərdir ona ünvanlanan “Niyə AKİ-yə üzv olmursan?” sualına da aydınlıq gətirərək öz qəti siyasi mövqeyini ifadə edib: “Mən heç vaxt hər hansı bir qrupun üzvü olmamışam və ən əsası, mən qatı Əliyevçiyəm. AKİ-nin isə 80-90 faizi antiəliyevçilərdir. Antiəliyevçilərlə bir yerdə olmaq, fəaliyyət göstərmək mənim düşüncəmə, əxlaqıma, tutduğum yola yaraşan addım olmaz. Həm də bu gün AKİ-də təmsil olunan bir çox adamla zamanında Cənab İlham Əliyevə görə üz-göz olmuşam, indi onlarla bir yerdə fəaliyyət göstərmək mənə görə etik deyil. Şəxsim üçün AKİ-yə kimin sədr seçilib-seçilməməsinin heç bir əhəmiyyəti yoxdur. Amma bizim üçün Azərbaycanın maraqlarından üstün də heç nə yoxdur. Dərdim budur! Məni daha çox sabah baş verəcəklər maraqlandırır, bunu da tarix üçün yazdım. Məncə, AKİ ləğv edilməli, antiəliyevçilərə həqiqi, layiq olduqları qiymət verilməlidir. AKİ-nin əvəzinə isə başqa-başqa adlarda kinoya aid ictimai birliklər yaradılmalıdır. AKİ-yə ayrılan pula isə filmlər çəkilməlidir. Əgər AKİ ləğv olunmayacaqsa, fəaliyyətini davam etdirəcəksə, sədr kimi ya Müşfiq Hətəmov, ya da Orxan Fikrətoğlu düzgün seçim olar! Onların dövlətçilik düşüncəsi və kino sahəsində olan təcrübələri buna əsas verir. Gec qalsaq, qarşısıalınmaz problemlər yaranacaq! Gec qalmayın…”

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 May 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri