Makronu arvadı yenə pərt elədi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ictimaiyyət qarşısında diqqətçəkən an yaşanıb.
Milli.Az xəbər verir ki, təyyarədən enərkən birinci xanım Prezident Makronun əlini tutmaqdan imtina edib və təkbaşına enməyi seçib.
Fransa mətbuatı bu hadisəni cütlük arasında yaranan gərginlik kimi şərh edib. Hadisənin səbəbləri açıqlanmasa da, görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, bu, cütlük arasında ilk dəfə yaşanan belə hadisə deyil. May ayının sonunda Vyetnama səfərləri zamanı da Prezident Makron və birinci xanımı arasında gərginlik müşahidə olunmuşdu. Səfər zamanı təyyarənin qapısı açılan anda Bricit Makronun Prezidentə qarşı emosional jesti jurnalistlərin obyektivlərinə tuş gəlmişdi. Hadisə Fransa mətbuatında onların münasibətləri ilə bağlı yeni suallar doğurmuşdu.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















