Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası

Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın dəvət edilmədiyi sammitdə Ermənistanın hansı kosmik strategiyası müzakirə olunacaq?

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya iki günlük səfəri rəsmi olaraq Beynəlxalq Kosmik Sammitdə iştirakla bağlıdır. Lakin Paşinyanın səfər zamanı sosial şəbəkələrdə paylaşdığı görüntülər rəsmi gündəmdən daha çox şəxsi nümayiş və populist mesajlarla yadda qalır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Parisə kommersiya reysi ilə uçduğunu xüsusi olaraq nümayiş etdirib. Təyyarədə isə Xəlil Cibranın “Dəli” kitabını oxuduğunu açıqlayıb və kitabı sərnişinlərdən birinə hədiyyə etdiyini bildirib. Ermənistan hökumətinin rəhbərinin bu paylaşımı sosial şəbəkələrdə istehza doğuracaq qədər simvolik görüntü yaradıb: ölkəsinin ciddi geosiyasi və sosial problemləri fonunda baş nazir səfərinin ilk anlarını kitab və “xalqla birlikdə uçuş” görüntüləri ilə təqdim edir. Lakin Paşinyanın Parisdəki paylaşımları bununla bitməyib. Kosmik sammit üçün Fransaya gedən baş nazirin növbəti gündəmi daha “yerüstü” olub – artişok. “Boş vaxt, Paris, artişoklar” başlığı ilə video paylaşan Paşinyan Parisə kommersiya reysi ilə gəlməyin ona əlavə boş vaxt yaratdığını və bundan istifadə edərək artişok dadmağa getdiklərini bildirib. O, hətta artişokun Ermənistanda da yetişdirilməyə başlandığını və bunun Fransaya ixrac potensialının böyük olduğunu deyib. 

Beləliklə, Ermənistanın baş nazirinin Paris səfərində kosmik texnologiyalarla yanaşı, artişok da xüsusi yer tutub. Paşinyanın bu yanaşması onun siyasi üslubunun əsas xüsusiyyətlərindən birini – gündəlik məişət və şəxsi görüntülər üzərindən siyasi populizmi – bir daha ortaya qoyur. Əslində isə Paşinyanın iştirak etdiyi tədbirin gündəliyi kifayət qədər ciddi mövzuları əhatə edir. Sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə dünya liderləri və yüksək vəzifəli şəxslər kosmik infrastrukturun gələcəyi, texnologiyalar və kosmosun strateji əhəmiyyəti barədə müzakirələr aparırlar. Sammitdə Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Hindistanın baş naziri Narendra Modi və digər yüksək səviyyəli şəxslərin iştirakı nəzərdə tutulub. Paşinyanın isə bu gün-sentyabrın 10-da “Gələcəyin kosmik infrastrukturuna baxış” mövzusunda dəyirmi masada çıxış etməsi planlaşdırılır. Ermənistan hökumətinin başçısı Finlandiya prezidenti Aleksandr Stubb, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, BƏƏ-nin təhsil naziri Əhməd Bəlhül Əl-Falasi və Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds ilə eyni paneldə yer alacaq.

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makronun kosmik sammitə Cənubi Qafqazdan məhz Azərbaycanı dəvət etməməsi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız kosmik əməkdaşlıqdan getmir. Belə genişmiqyaslı beynəlxalq tədbirdə regionun əsas dövlətlərindən birinin iştirak etməməsi siyasi suallar doğurur. Azərbaycanın kosmik sahədə öz peyk proqramları və infrastrukturu var. Buna görə Bakının sammitdən kənarda qalmasını yalnız texniki və təşkilati səbəblərlə izah etmək inandırıcı görünmür. Xüsusilə də Fransa son illərdə Ermənistanla münasibətlərini sürətlə inkişaf etdirir və Cənubi Qafqazda daha fəal siyasi mövqe tutur. Bu baxımdan Makronun son qərarı Parisin Azərbaycana münasibətində qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Fransa özünü regionda balanslı və ədalətli tərəfdaş kimi təqdim etmək istəyirsə, bu cür addımlar həmin iddianı daha da sual altına salır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri