Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı

Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yulafdan əlavə, liflə zəngin və asan hazırlanan başqa bir səhər yeməyi də var – çia toxumu pudinqi. 

Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell” platformasında qeyd edilir.

Qeyd olunur ki, bu yemək yalnız bir neçə inqrediyentdən ibarətdir və onun dadını şəxsi zövqə uyğun dəyişmək mümkündür. Əlavə üstünlüyü isə əvvəlcədən, axşamdan hazırlanabilməsidir. Diyetoloq və resept müəllifi Makkenzi Berjess bu səhər yeməyinin 4 əsas üstünlüyünü açıqlayıb.

1. Yüksək miqdarda lif

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, 30 qram çia toxumunda təxminən 10 qram lif var ki, bu da gündəlik normanın təxminən 36 faizinə bərabərdir. Meyvələr əlavə edildikdə lif miqdarı daha da artır.

Çia toxumunda olan lifin böyük hissəsi həll olunan lifdir və bağırsaqda gelə bənzər kütlə əmələ gətirir. Bu isə həzmi yavaşladır və toxluq hissini uzadır.

Həkim və diyetoloq Vendi Bazilianın sözlərinə görə, aparılan araşdırmalar bu gelvari strukturun bağırsaq fəaliyyətini tənzimlədiyini və yeməkdən sonra toxluq hissini gücləndirdiyini göstərir. "Molecules” jurnalında dərc edilən tədqiqatda çia toxumunun qlükozanı daha yavaş buraxan karbohidrat formasına çevirdiyi və toxluq hissini uzatdığı qeyd olunur.

2. Omeqa-3 yağ turşuları

Çia toxumu bitki mənşəli ən zəngin omeqa-3 mənbələrindən biridir. Xüsusilə alfa-linolenik turşu (ALA) ilə zəngindir. Orqanizm bu turşunu EPA və DHA kimi digər omeqa-3 formalarına çevirə bilir.

"Advances in Nutrition” jurnalında dərc edilən araşdırmaya əsasən, ALA iltihabı azalda, xolesterini tənzimləyə və ürək-damar xəstəlikləri riskini aşağı sala bilər. 28 qram çia toxumunda təxminən 5 qram ALA olur ki, bu da gündəlik normanı əhəmiyyətli dərəcədə qarşılayır.

3. Asan hazırlanır

Çia pudinqi ən sadə səhər yeməklərindən biri hesab olunur. Sadəcə toxumu süd və ya bitki mənşəli içki ilə qarışdırıb bir neçə saat və ya gecə boyunca soyuducuda saxlamaq kifayətdir. Bu müddətdə toxum mayeni udur və kremvari tekstura yaranır.

Hazırlanan qarışıq soyuducuda üç günə qədər saxlanıla bilər, bu da onu əvvəlcədən porsiyalara bölmək üçün əlverişli edir.

4. Zövqə uyğunlaşdırıla bilir

Bu səhər yeməyinin əsas üstünlüklərindən biri də çox yönlü olmasıdır. Baza reseptə müxtəlif əlavələr etmək mümkündür.

Banan, giləmeyvə və ya şaftalı kimi meyvələr, badam, fıstıq və qoz kimi quru meyvələr, həmçinin darçın, kakao və ya fıstıq yağı əlavə etməklə dad və qida dəyəri artırıla bilər.

Qidalanmada liflə bağlı digər tövsiyələr

Mütəxəssislər gündəlik lif normasının yaş və cinsə görə 25–38 qram arasında olduğunu bildirirlər. Lif yalnız səhər yeməyində deyil, gün ərzində mütəmadi şəkildə qəbul edilməlidir.

Qidalanma mütəxəssisi Vendi Bazilianın sözlərinə görə, gün ərzində kiçik, davamlı lif qəbulu həzm sistemi, qan şəkərinin tarazlığı və toxluq hissi üçün daha faydalıdır.

Lif qəbulunu artırmaq üçün tövsiyələr:

* Çia, kətan, çətənə və balqabaq toxumlarını salat, yoqurt və smuzilərə əlavə etmək

* Tam taxıllı məhsullara üstünlük vermək (kinoa, qəhvəyi düyü, bulqur və s.)

* Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək

* Paxlalı bitkiləri (mərcimək, noxud, lobya) rasiona daxil etmək

Mütəxəssislər bildirirlər ki, bu qidalar həm lif, həm də bitki mənşəli zülal baxımından zəngindir və gündəlik rasionu asanlıqla zənginləşdirir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Aprel 2026 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri