Icma.az
close
up
RU
Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Məlumata əsasən, imtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 

Modern.az imtahan iştirakçıları sırasında maksimum bal toplayan şagirdlərdən biri - Bakı şəhəri 102 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Həsən Məhərrəmli ilə həmsöhbət olub. 

O saytımıza açıqlamasında ilk növbədə öz valideynlərinə və məktəb müəllimlərimə təşəkküünü ifadə edib. Onun sözlərinə görə, qazandığı uğurda məktəb müəllimlərinin böyük əməyi var: 

"Müəllimlərimin bu uğurda çox böyük rolu olub. Onlara minnətdarlığımı bildirmək istəyirəm.

Demək istəyirəm ki, tədris ili ərzində hər gün təxminən üç saat dərs oxuyurdum. Son bir ayda isə hazırlığımı daha da artıraraq gündə 6-7 saat məşğul olurdum. Bu uğuru əldə etmək üçün çox çalışdım.

Düşünürəm ki, əsas məsələ müntəzəm çalışmaqdır. Doqquzuncu sinfə qədər də daim oxuyurdum, dərslərimə məsuliyyətlə yanaşırdım. Müəllimlərimlə çox yaxşı münasibətim var və hesab edirəm ki, uğur qazanmaq üçün belə olmaq vacibdir".

Yüksək bal toplayan Həsən eyni zamanda imtahanlara fərdi özünün hazırlaşdığını da söyləyib:

"Mən repetitor yanında hazırlaşmamışam, məktəb müəllimlərimin dəstəyi ilə oxumuşam. İmtahandan əvvəl nəticə ilə bağlı tam əmin deyildim. Bir neçə açıq sualla bağlı narahatlığım var idi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu.

Həsən II ixtisas qrupu üzrə hazırlaşdığını da bildirib:

“Bu istiqamətə marağım hələ ilk siniflərdən yaranıb. Xüsusilə tarix və coğrafiya fənlərini çox sevirəm və bu sahədə nəticələrim həmişə yaxşı olub. İnanıram ki, 11-ci sinifdə də yüksək nəticə göstərərək 700 bal toplayacağam”, - deyə o söyləyib. 

Məlumat üçün bildirək ki, ingilis dilində tədris alan 1 nəfər də 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri