Icma.az
close
up
RU
“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb VİDEO

“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb VİDEO

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhər Səbail rayonu Xaqani küçəsi 1/5 ünvanında yerləşən mağazalardan birinin icarədarı Nurlan Nurəliyev işlətdiyi obyektə kanalizasiya sularının və üfunət qoxusunun dolmasından şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, bir aydan artıqdır kanalizasiya xəttinin yararsız hala düşməsi səbəbindən mağazanı bağlamaq məcburiyyətində qalıb.

O, “Malakan bağı”nda aparılan təmir-tikinti işləri zamanı podratçı şirkətin səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyini, nəticədə özünün və ətrafda yerləşən bir sıra obyektlərin zərər çəkdiyini iddia edib: “Bir aydan artıqdır kanalizasiya xəttinin bağlanması səbəbindən mağazamız fəaliyyətini dayandırıb. Bu vəziyyətdən ətrafdakı obyektlər və parkdan istifadə edən insanlar da əziyyət çəkir. Belə ki, parkın özünü də kanalizasiya xətlərinin düzgün qoşulmaması səbəbindən üfunət iyi bürüyüb. Üfunətdən sakinlər, turistlər rahat istirahət edə bilmirlər”.

N.Nurəliyev əlavə edib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər: “Biz yaranmış vəziyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyəinə müraciət etmişik. Lakin cavab vermirlər, qurumlar hərəkətsizlik nümayiş etdirirlər. Onlar özləri də təsdiq edir ki, bağda təmir zamanı bir neçə kanalizasiya quyusu bağlanb. Bu da zahirən möhtəşəm görüntüsü olan “Malakan bağı”nda üfunət qoxusunun yayılmasına, ətrafdakı obyektlərə kanalizasiya suyunun dolmasına gətirib çıxarır. Əvvəllər belə problemlər olanda həmin “luk”lardan istifadə etməklə problemi aradan qaldırırdılar. İndi isə “Azərsu” əməkdaşları gələn kanalizasiya suyunun mənbəyini tapa bilmirlər. Deyirlər ki, obyektin qarşısı qazılmalıdır ki, suyun mənbəyini tapsınlar. Bakı Şəhər İcra Hakimiyyəti isə buna razılıq vermir. Biz də çarəsiz vəziyyətdə qalmışıq”.

İş adamı əlavə edib ki, mövcud vəziyyət ona xeyli miqdarda maddi ziyanın dəyməsinə gətirib çıxarıb: “Obyekt işləmir, işçilər maddi cəhətdən zərər çəkir, həmçinin kanalizasiya qoxusu satışda olan geyim əşyalarına və digər inventara hopur. Bağda təmir aparılarkən bizim obyektin qarşısında hazırda suyun axdığı yeri təcili sökdülər, halbuki orada izolyasiya var idi. Əvəzinə səliqəsiz şəkildə palçıq vurdular, o da mənbəyi məlum olmayan kanalizasiya sularının qarşısını kəsə bilmir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki problemdən xəbərdardırlar: “Səbail rayonu Xaqani küçəsi 1/5, Malakan bağının yanına Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Parkın təmiri zamanı podratçı şirkət tərəfindən aparılan təmir-tikinti işləri zamanı səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyindən, xətlərin üstünü bağladığından sınmalar əmələ gəlib. Ərazidə qazıntı işləri aparılmalıdır ki, xətlər bərpa olunsun. Buna görə Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır. Müraciət ediblər, cavab gələndən sonra tərəfimizdən lazım olan tədbirlər görüləcək”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri