Icma.az
close
up
RU
Bakının mərkəzində dönərxana işğalı: Malakan bağının ətrafında sizi bur qoxu “qarşılayır”

Bakının mərkəzində dönərxana işğalı: Malakan bağının ətrafında sizi bur qoxu “qarşılayır”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir qrup Bakı sakini tərəfindən redaksiyamıza müraciət daxil olub. 

"Cebheinfo.az"-a daxil olan müraciətdə deyilir ki, Bakı şəhərinin mərkəzində, paytaxtın simvollarından sayılan Malakan bağı və Rəsul Rza küçəsində yerləşən tarixi binaların altında son vaxtlar ciddi ekoloji və mədəni narahatlıq doğuran mənzərə formalaşıb: 

“Məsələ burasındadır ki, bu ərazidə bir deyil, bir neçə dönərxana fəaliyyət göstərir və onların fəaliyyəti artıq həm mədəni irsə, həm də ictimai rahatlığa ciddi zərbə vurur. 

Tarixi binaların alt hissələrində yerləşən bu dönərxanalar sadəcə qida xidməti göstərmir – ətraf ərazini də qida tullantıları, yağlı, tüstü, qoxusu və zibil topası ilə “bəzəyirlər”. Gündəlik olaraq həmin ərazilərdə oturan və ya parkda gəzişən insanlar – xüsusilə də uşaqlı ailələr – artıq bu zonada istirahət edə bilmədiklərini bildirirlər. Malakan bağına ayaq basan hər kəs dönərin kəskin qoxusu ilə “qarşılanır”. 

Kodlu bloklar, amma sərbəst giriş? 

Müraciətdə, həmçinin qeyd edilir ki, ən diqqətçəkən məqamlardan biri də bu dönərxanaların yerləşdiyi binaların girişlərinin kodla mühafizə olunması ilə bağlıdır.

Yəni, bu, sıravi vətəndaş üçün bağlı məkan kimi görünür. Lakin naməlum səbəbdən həmin dönərxanaların işçiləri bu kodlu binalara problemsiz şəkildə daxil olur və çıxırlar. Bu isə obyektlərin binalarda rəsmi əsasla fəaliyyət göstərmədiyi və ya nəzarətdən kənar işlədiyi ilə bağlı şübhələri daha da artırır. 

Əgər kodlu bloklara bu qədər asanlıqla daxil olmaq mümkündürsə, burada həm hüquqi, həm də təhlükəsizlik baxımından ciddi suallar yaranır. Bakı Şəhər İcra Hakimiyyəti bu ərazidə vaxtilə ciddi abadlıq işləri görüb, parkın ətrafını yenidən quraraq paytaxt sakinləri və turistlər üçün gözəl bir istirahət məkanına çevirmişdi. Lakin indi həmin parkın yanında baş verənlər bu əməkləri gözdən salır. 

Gündəlik natəmizlik, yol kənarlarına atılan dönər qalıqları və səyyar yemək tullantıları parkın ab-havasını pozur. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələyə reaksiya verməlidir. Çünki burada artıq hava çirkliliyi, qida tullantılarının qeyri-qanuni atılması, və yağlı tüstünün atmosferə yayılması kimi ekoloji təhlükələr də müşahidə olunur. Həmçinin bu obyektlərin sanitariya norma və standartlarına uyğun fəaliyyəti də ciddi suallar doğurur. 

Bu ərazi həm də Bakıya gələn turistlərin sıxlıqla ziyarət etdiyi məkandır. Onların şəhərimiz haqqında ilk təəssüratı — dönərxana qoxusu, yağlı səkilər və zibillə dolu skamyalar olmamalıdır. Sualımız sadədir: 

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu mənzərəni görmürmü? Bu tarixi ərazidə dönərxanaların belə açıq, məsuliyyətsiz fəaliyyətinə necə yol verilə bilər? Kodlu bloklara qanunsuz daxil olan kommersiya fəaliyyətçilərinə kim nəzarət edir?Bəs paytaxtın mədəni siması və ictimai əxlaq harda qaldı? Paytaxt sakinləri və şəhərin gələcəyinə biganə qalmayan hər kəs bu məsələni qaldırmalı, aidiyyəti orqanlar isə dərhal və ciddi tədbir görməlidir. 

Nigar 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri