Icma.az
close
up
RU
“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb Video

“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhər Səbail rayonu Xaqani küçəsi 1/5 ünvanında yerləşən mağazalardan birinin icarədarı Nurlan Nurəliyev işlətdiyi obyektə kanalizasiya sularının və üfunət qoxusunun dolmasından şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, bir aydan artıqdır kanalizasiya xəttinin yararsız hala düşməsi səbəbindən mağazanı bağlamaq məcburiyyətində qalıb.

O, “Malakan bağı”nda aparılan təmir-tikinti işləri zamanı podratçı şirkətin səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyini, nəticədə özünün və ətrafda yerləşən bir sıra obyektlərin zərər çəkdiyini iddia edib: “Bir aydan artıqdır kanalizasiya xəttinin bağlanması səbəbindən mağazamız fəaliyyətini dayandırıb. Bu vəziyyətdən ətrafdakı obyektlər və parkdan istifadə edən insanlar da əziyyət çəkir. Belə ki, parkın özünü də kanalizasiya xətlərinin düzgün qoşulmaması səbəbindən üfunət iyi bürüyüb. Üfunətdən sakinlər, turistlər rahat istirahət edə bilmirlər”.

N.Nurəliyev əlavə edib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər: “Biz yaranmış vəziyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyəinə müraciət etmişik. Lakin cavab vermirlər, qurumlar hərəkətsizlik nümayiş etdirirlər. Onlar özləri də təsdiq edir ki, bağda təmir zamanı bir neçə kanalizasiya quyusu bağlanb. Bu da zahirən möhtəşəm görüntüsü olan “Malakan bağı”nda üfunət qoxusunun yayılmasına, ətrafdakı obyektlərə kanalizasiya suyunun dolmasına gətirib çıxarır. Əvvəllər belə problemlər olanda həmin “luk”lardan istifadə etməklə problemi aradan qaldırırdılar. İndi isə “Azərsu” əməkdaşları gələn kanalizasiya suyunun mənbəyini tapa bilmirlər. Deyirlər ki, obyektin qarşısı qazılmalıdır ki, suyun mənbəyini tapsınlar. Bakı Şəhər İcra Hakimiyyəti isə buna razılıq vermir. Biz də çarəsiz vəziyyətdə qalmışıq”.

İş adamı əlavə edib ki, mövcud vəziyyət ona xeyli miqdarda maddi ziyanın dəyməsinə gətirib çıxarıb: “Obyekt işləmir, işçilər maddi cəhətdən zərər çəkir, həmçinin kanalizasiya qoxusu satışda olan geyim əşyalarına və digər inventara hopur. Bağda təmir aparılarkən bizim obyektin qarşısında hazırda suyun axdığı yeri təcili sökdülər, halbuki orada izolyasiya var idi. Əvəzinə səliqəsiz şəkildə palçıq vurdular, o da mənbəyi məlum olmayan kanalizasiya sularının qarşısını kəsə bilmir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki problemdən xəbərdardırlar: “Səbail rayonu Xaqani küçəsi 1/5, Malakan bağının yanına Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Parkın təmiri zamanı podratçı şirkət tərəfindən aparılan təmir-tikinti işləri zamanı səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyindən, xətlərin üstünü bağladığından sınmalar əmələ gəlib. Ərazidə qazıntı işləri aparılmalıdır ki, xətlər bərpa olunsun. Buna görə Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır. Müraciət ediblər, cavab gələndən sonra tərəfimizdən lazım olan tədbirlər görüləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see211

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see184

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see122

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri