Icma.az
close
up
RU
Malayziyada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Malayziyada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin təşkil etdiyi tədbirdə Malayziyada akkereditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Malayziyanın rəsmi qurumlarının təmsilçiləri, Senatının və Nümayəndələr Palatasının üzvləri, nüfuzlu universitetlərin, elmi-tədqiqat qurumlarının, işgüzar və ictimai təşkilatların nümayəndələri, həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib. Səfir İrfan Davudov Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi altında xalqımızı şanlı Zəfərə aparan yolun hərbi, iqtisadi-sosial, siyasi və strateji tarixindən, Azərbaycanın öz haqlı mübarizəsində qarşılaşdığı ikili standartlar və digər bütün çətinliklərə baxmayaraq, beynəlxalq hüququn tələblərini təkbaşına icra edərək Zəfərə nail olmasından bəhs edib.

Səfir iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində tarixi fürsətin yarandığını, əhəmiyyətli irəliləyişlərə nail olunduğunu qeyd edərək, eyni zamanda, Ermənistanın regionumuzdan uzaq qüvvələr tərəfindən silahlandırılması və revanş xülyaları ilə cəsarətləndirilməyə davam edilməsinə xüsusi diqqət çəkib.

Tədbirdə işğaldan azad edilmiş, Prezident İlham Əliyevin “yaşıl enerji” zonası elan etdiyi ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından bəhs olunub.

İşğal dövründə erməni vandalizminə məruz qalmış yaşayış məskənlərimiz, tarixi, dini və mədəni abidələrimizlə bağlı qısa video nümayiş etdirilib.

Tədbir iştirakçıları Zəfər Günü, eləcə də ermənilərin dağıtdığı, Azərbaycanın bərpa etdiyi abidələrimizlə bağlı fotosərgi ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri