Icma.az
close
up
RU
Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan icmasının üzvləri, Misirin dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Səfir Elxan Poluxov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi zəfər tarixindən danışıb, dünya hərb tarixi üçün unikal sayılan hərbi əməliyyatlardan biri - Şuşanın azad olunması əməliyyatının əhəmiyyətini diqqətə çatdırıb.

“Son 30 il ərzində Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmadı və ərazi bütövlüyünün bərpası yolunda sarsılmaz iradə nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında yetişən vətənpərvər gənclik dəfələrlə sübut etdi ki, Vətənin mənafeyi naminə hər cür fədakarlığa hazırdır. Bu sədaqət 44 günlük müharibə ərzində hər gün öz təsdiqini tapdı”, - deyə səfir E.Poluxov vurğulayıb.

Diplomat qeyd edib ki, oktyabrın 13-də Misir Prezidenti Əbdülfəttah əs-Sisinin və ABŞ Prezidenti Donald Trampın birgə sədrlikləri ilə 20-dən çox ölkənin liderlərinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş Şarm əl-Şeyx Sülh Sammitində qəbul edilmiş yekun sənəd Qəzzadakı müharibəyə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyin gücləndirilməsi məqsədini güdür. Azərbaycan və Misirin regionda sülh mərkəzlərinə çevrildiyini diqqətə çatdıran səfir bildirib ki, ölkəmiz Fələstin münaqişəsinin sülh yolu ilə həllini tam dəstəkləyir və bu istiqamətdə əlindən gələni əsirgəmir.

Eyni zamanda, səfir çıxışında Dövlət Bayrağı Gününün yaranması tarixi barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın üçrəngli milli bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin hökuməti tərəfindən qəbul olunub. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycanın Dövlət Bayrağı ölkəmizin dövlətçilik atributlarından biri, milli suverenliyin simvolu və Azərbaycan Demokratik Cümhuriyyətinin xatirəsi olaraq Türk milli mədəniyyətinə, demokratik əsaslara və İslam sivilizasiyasına sədaqətimizi nümayiş etdirir.

Tədbirdə, həmçinin Qarabağ zəfərini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri