Icma.az
close
up
RU
Ağcabədidə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Ağcabədidə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və xalqımıza qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etdilər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açaraq qeyd etdi ki, noyabrın 8-də erməni işğalçıları üzərində Zəfər Qələbəsinin 5-ci ili tamam olur. Bu münasibətlə YAP Ağcabədi rayon təşkilatı da bir qrup qəhrəman hərbçilərimizi, şəhid ailələrinin üzvlərini, qaziləri, müharibə veteranlarını, ərazi təşkilat sədrlərini dəvət edərək onlarla görüşməyi qərara alıb.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Qarabağ Zəfərinə aparan yolun və Vətən müharibəsinin, rəşadətli Ordumuzun keçdiyi döyüş yolunun bəzi məqamlarına diqqət şəkdi.

Sədr Rövşən Əhmədov bildirdi ki, xalqımız Prezident cənab İlham Əliyevin qurub yaratmaq əzminin, Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başlatdığı Qarabağ savaşı məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, cənab Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.

27 sentyabr 2020-ci ildə çıxdığımız haqq savaşında əldə edilən Böyük Zəfər, 9 noyabra-Dövlət Bayrağı Gününə təsadüf etdi. Bu zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, müstəqillik və azadlığın dərin hislərini yaşadır.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Vasif Rzayev, 7 saylı məktəbin hərbi rəhbəri, Vətən Müharibəsi veteranı Sədrəddin Əsədov, “N” saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsi rəisinin köməkçisi İsmayıl Əhmədzadə və Qaradolaq məktəbinin müəllimi, şair-publisist Mübariz Əliyev çıxış edərək, qazanılan Böyük Zəfər barədə öz təəssüratlarını bölüşdülər.

YAP Ağcabədi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəhid ailəsi, qazi, partiya veteranı və fəallara Fəxri Fərman və hədiyyələr təqdim edildi. Təltif edilənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.

Tədbir çərçivəsində YAP Ağcabədi rayon təşkilatının kollektivi bir qrup şəhid aliləsini və qazini ziyarət etmiş, ailələrə bayram sovqatı verilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri