Maldiv adaları İsrail vətəndaşlarına qadağa tətbiq etdi
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağan edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı qanun qüvvəyə minib. Maldiv adalarının Prezidenti Muhammed Muizzu sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. Sözügedən qanunun qüvvəyə mindiyini bildirən Muizzu, "İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağandır” - deyə qeyd edib. Muizzunun sözlərinə görə Maldiv adaları bu addımı ilə İsrailin Fələstində davam edən zülmünə qarşı mövqe ortaya qoyub. O, Maldiv adalarının Fələstin xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra bununla bağlı qanun müxalif Maldiv Demokratik partiyası tərəfindən Nazirlər Şurasına təqdim edilib və parlamentdə səs çoxluğu ilə qəbul edilib.
Baxış sayı:88
Bu xəbər 16 Aprel 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















