Icma.az
close
up
RU
Maldiv Respublikasının naziri: İqlim dəyişikliklərinə qarşı davamlı şəhər konsolidasiyası modelini tətbiq edirik

Maldiv Respublikasının naziri: İqlim dəyişikliklərinə qarşı davamlı şəhər konsolidasiyası modelini tətbiq edirik

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 oktyabr, AZƏRTAC

Maldiv Respublikası iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələrdən biridir və bu reallıq ölkədə adaptasiya siyasətinin əsasını təşkil edir. Buna görə, ölkə iqlim dəyişikliyinə qarşı mübarizədə unikal yanaşmasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, bunu Maldiv Respublikasının tikinti və infrastruktur naziri Dr. Abdulla Muttalib “Səpələnmiş adalardan davamlı şəhərlərə: planlı şəhər konsolidasiyası vasitəsilə adaptasiyanın maliyyələşdirilməsi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkəsi 1200 adadan ibarətdir, onlardan 187-si yaşayış üçün məskunlaşıb, 200-ə yaxın ada isə turizm məqsədilə inkişaf etdirilib.

“Ölkənin ümumi əhalisi 500 mindən bir qədər çoxdur. Adaların əksəriyyəti çox kiçikdir – 40 adada 500-dən az, 72 adada 1000-dən az, yalnız 5 adada 5000-dən çox əhali yaşayır. Üç ada isə əhalinin sayı 10 min nəfəri keçir. Bu qeyri-bərabər məskunlaşma paytaxt Maledə əhalinin sıx toplanmasına gətirib çıxarıb. Hazırda ölkə əhalisinin 41 faizi paytaxtda yaşayır. Daxili miqrasiya prosesləri sürətlə artır və bu, iqtisadi, sosial və infrastruktur baxımından böyük təzyiq yaradır”, – deyə o əlavə edib.

Dr. Abdulla Muttalib qeyd edib ki, iqlim dəyişikliklərinin təsirləri — dəniz səviyyəsinin qalxması, sahil erroziyası, duzlu suyun yeraltı sulara daxil olması və qeyri-sabit hava şəraiti — bir çox adaların mövcudluğunu təhlükə altına salır: “187 yaşayış adasının hər birində sahil mühafizəsi, infrastruktur və xidmətlərin təmin olunması iqtisadi və logistika baxımından uzunmüddətli dövrdə qeyri-dayanıqlıdır. Maldiv Respublikası reaktiv müdafiə yanaşmasından strateji planlaşdırma və şəhər konsolidasiyasına keçid edir. Biz resursları elə istiqamətləndiririk ki, insanlar təhlükəsiz şəraitdə yaşaya, xidmətlərə bərabər çıxış əldə edə və iqtisadi baxımdan dayanıqlı inkişaf edə bilsinlər. Bu məqsədlə ölkədə könüllü və mərhələli köçürmə siyasəti həyata keçirilir. Bu yanaşma ölkənin milli inkişaf planları və iqlim əsaslı strategiyaları ilə tam uzlaşır. Bizim məqsədimiz yalnız iqlim təsirlərindən qorunmaq deyil, həm də gələcək nəsillər üçün iqtisadi cəhətdən güclü, sosial baxımdan davamlı və dayanıqlı şəhər icmaları formalaşdırmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri