Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Son dövrlərdə qadın sahibkarlığının inkişafı iqtisadi artımın dayanıqlılığı və sosial inklüzivliyin gücləndirilməsi baxımından dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. Bu kontekstdə qadınların biznes qurmaq imkanlarının genişlənməsi üçün müəyyən sosial dəstək mexanizmləri mövcuddur. Hazırda qadın sahibkarlara dövlət proqramları çərçivəsində təlimlər, mentorluq xidmətləri, qrant və güzəştli kredit xəttləri təqdim edilir. Bundan əlavə, müxtəlif inkubasiya və akselerasiya mərkəzləri qadınların biznes ideyalarının ilkin mərhələdə formalaşdırılmasına və bazara çıxış imkanlarının artırılmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, sahibkarlığın inkişafı fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qadın Sahibkarlar Assosiasiyaları kimi qurumların fəaliyyəti isə institusional dəstəyi gücləndirən mühüm platformalardır: "Bununla yanaşı, qadınların öz bizneslərini qurmaq istəyərkən üzləşdiyi əsas maneələr də hələ də aktuallığını qoruyur. İlk olaraq, maliyyə resurslarına çıxış məsələsi qadın sahibkarlar üçün müəyyən risklər yaradır. Kreditləşmə prosesində girov tələbləri, yüksək faiz yükü və maliyyə savadlılığının yetərincə olmaması qadınların biznesə başlama imkanlarını məhdudlaşdıra bilir. İkinci mühüm çətinlik sosial-psixoloji və mədəni stereotiplərlə bağlıdır. Ailə və iş balansını qorumaq, cəmiyyətin gender rollarına dair gözləntilər və sahibkarlığın “kişilər üçün daha uyğun” olduğu yönündəki köhnəlmiş yanaşmalar bəzi qadınların addım atmaq motivasiyasını zəiflədir. Digər tərəfdən, qadınların bazarlara çıxış imkanları və şəbəkələşmə resursları kişilərlə müqayisədə hələ də daha məhdud olaraq qalır. Bu, xüsusilə regional qadın sahibkarlar üçün daha kəskin şəkildə müşahidə olunur. Qadınların biznes mühitində qərarvermə strukturlarında təmsilçiliyinin aşağı olması isə informasiya və imkanlara çıxışı zəiflədir. Bu səbəbdən qadın sahibkarlığının inkişafı üçün daha effektiv siyasət tədbirlərinə ehtiyac var. Buraya maliyyə alətlərinin diversifikasiyası, qadınlar üçün xüsusi akselerasiya proqramlarının genişləndirilməsi, regionlara fokuslanan mentorluq platformalarının yaradılması, həmçinin cəmiyyət daxilində gender stereotiplərinin yumşaldılması üçün kommunikasiya və maarifləndirmə kampaniyalarının artırılması daxil ola bilər. Bütün bunlar həyata keçirilərsə, qadınların iqtisadi fəallığının və sahibkarlıq ekosisteminə inteqrasiyasının daha dayanıqlı şəkildə güclənməsi mümkündür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















