Icma.az
close
up
RU
Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Maliyyə icarəsi obyektinin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən vergi və gömrük rüsumları, həmçinin maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, maliyyə icarəsi obyektinin çatdırılması və istismara verilməsi ilə bağlı digər xərclər maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə daxildir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əks olunub.
Həmçinin, maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə maliyyə icarəsinin maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsait üzrə ödənilən faizlər (haqlar), icarəyə verənin maliyyə icarəsindən gözlədiyi gəlir, maliyyə icarəsi obyekti icarəyə verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, icarəyə verənin göstərdiyi əlavə xidmətlərə görə haqq (belə xidmətlərin göstərilməsi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda), icarəyə verənin maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı digər xərclər daxil edilir.
Sənədə görə, maliyyə icarəsi ödənişlərinin məbləği və ödənilmə qaydası bu Qanunun tələbləri nəzərə alınmaqla lizinq müqaviləsində müəyyən edilir.
 

İcarəçinin maliyyə icarəsi ödənişlərinin edilməsi ilə bağlı vəzifələri, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, icarəçinin maliyyə icarəsi obyektinə sahibliyə başladığı vaxtdan qüvvəyə minir.


Maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi ödənişlərinin həyata keçirilməsinə maliyyə icarəsi obyektindən istifadə hüququ yarandığı vaxtdan 180 (yüz səksən) gün keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. Maliyyə icarəsi ödənişləri bilavasitə icarəyə verənin hesabına köçürülür (bu Qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq, icarəyə verən tərəfindən maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqların güzəşt edilməsi halları istisna olmaqla).
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 May 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri