Maliyyə naziri gələn ilin büdcə zərfində əsas istiqamətləri açıqlayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Büdcə zərfi çərçivəsində müdafiə qabiliyyətinin və təhlükəsizliyin təmini üçün tədbirlər tam şəkildə nəzərə alınıb, həmçinin hər bir azərbaycanlının rifahının təmini üçün sosial tədbirlər tam maliyyələşib.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri bildirib ki, Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ana hədəflərdəndir və növbəti illərdə də bu istiqamətdə bütün zəruri xərclər üçün resurs yaradılacaq: "Azad edilmiş ərazilərin bərpası və vətəndaşların köçürülməsi üçün bütün tədbirlər büdcədə müəyyən olunub. İnfrastrukturun daha da yaxşılaşdırılması üçün tədbirlər də büdcə zərfində nəzərdə tutulub. Ana hədfələrimizdən biri olan neft gəlirlərindən asılılığın azaldılması büdcəmizdə təmin edilib. Ölkə başçısının tapşırığına əsasən büdcə xərcləri optimallaşdırılması və izafi xərclərin qarşısının alınması üçün müvafiq çərçivə təmin edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















