Icma.az
close
up
RU
Maliyyə naziri Sahil Babayev BMT nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Maliyyə naziri Sahil Babayev BMT nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 17-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyət müddətinin bitməsi münasibətilə qəbul edib.

XQ xəbər verir ki, görüşdə cari ilin oktyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış Çərçivə Sənədi “2022–2026 Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadi artımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim və ekoloji dayanıqlığın artırılması, eləcə də “yaşıl artım” və ədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunu oynayacaq.

Nazir Sahil Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı tərəfin diqqətinə çatdırıb.

Xanım V.Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək, BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də “2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini bir daha vurğulayıb.

Sonda nazir S.Babayev rezident əlaqələndiricinin fəaliyyəti dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri