Ombudsman BMT nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüşdü
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.
Bu barədə "Yeni Sabah"a Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı Səbinə Əliyeva Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən islahatlar, Ombudsmanın mandatı və bu sahədə gördüyü işlər barədə qonağa məlumat verib. Sezar pizza
Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq insan hüquqlarının təbliği və təşviqi, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verir.
Səbinə Əliyeva insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dmitro Şlapaçenko qəbula görə Ombudsmana təşəkkür edib və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















