Energetika Nazirliyində BMT nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə Azərbaycan ilə BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması öhdəliyini nəzərdə tutan yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”si (NDC) yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin “DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi”nin hazırlanmasına toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkilinə hazırlıq məsələləri də müzakirə edilib.
Söhbət zamanı “UNIDO-İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi üzrə interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















