Icma.az
close
up
RU
“Mamounia Lounge”: Bakının mərkəzində Mərakeşin dadlı parçası ®

“Mamounia Lounge”: Bakının mərkəzində Mərakeşin dadlı parçası ®

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Konseptual “Mamounia Lounge” restoranı, özünəməxsus Mərakeş ənənələrinin müasir komfortla birləşərək hər bir qonaq üçün unudulmaz atmosfer yaradan unikal məkandır. Bu restoran sadəcə şam yeməyi edə biləcəyiniz məkan deyil, Şərq dadları və zərif üslub dünyasına əsl səyahətdir.

Buranın interyeri zəngin Mərakeş irsini əks etdirir: gözəl xalçalar, zərif işıqlandırma və isti, zəngin rəng çalarları rahatlıq və dəbdəbə atmosferi yaradır. Restoranın Şərq ruhunu təcəssüm etdirən hər guşəsi ənənəvi elementləri müasir çalarlarla birləşdirərək maksimum komfort və estetik həzz bəxş edir. Burada hər bir detal qonaqların özlərini Mərakeş nağılının bir parçası kimi hiss etmələri üçün düşünülüb.

Qonaqların rahatlığını nəzərə alaraq restoranda həm dostlarla görüşlər, həm də ailəvi naharlar üçün geniş ümumi zal fəaliyyət göstərir. Yay və qış terasları ilin bütün fəsillərində - istər isti yay axşamları olsun, istərsə də rahat qış günlərində ləziz təamlardan və restoranın atmosferindən həzz almağa imkan verir. Təklikdə qalmaq istəyənlər üçün isə işgüzar görüşlər və ya romantik şam yeməkləri üçün ideal olan özəl otaqlar var.

“Mamounia Lounge” qonaqlarını Azərbaycan və Avropa mətbəxlərinin yeməklərindən ibarət rəngarəng menyusu ilə sevindirməklə yanaşı, ənənəvi Mərakeş ədviyyatları və reseptləri ilə hazırlanan unikal Mərakeş yeməkləri təklif edir. Bu da hələ son deyil - xüsusi desertlər, çay mərasimləri və Mərakeş qəlyanları təkrarolunmaz relaks atmosferi yaradır. Menyu ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

“Mamounia Lounge”da axşamlar əsl musiqi səyahətinə çevrilir. Rahat mühitdə səslənən canlı musiqi istirahətinizə xüsusi dad qatacaq, istedadlı musiqiçilərin ifa etdikləri Şərq melodiyaları isə şam yeməyinizi unudulmaz edəcək.

“Mamounia Lounge” sadəcə restoran deyil, hər kəsin öz xoşbəxtlik guşəsini tapa biləcəyi məkandır: qurmanlar nadir dad qarışıqlarını layiqincə qiymətləndirəcək, estetika həvəskarları zərif dizayndan zövq alacaq, istirahət axtarışında olanlar isə harmoniya və relaksı hiss edəcəklər. Şərqin ətrini duymaq, nəfis mətbəxdən həzz almaq və sizinlə əbədi qalacaq xatirələr yaratmaq üçün “Mamounia Lounge” restoranına gəlin!

Qeyd edək ki, restoran “Restaura Group” şirkətinin layihəsidir.

Hər gün saat 10:00-dan 02:00-dək fəaliyyət göstərən “Mamounia Lounge”da rezervasiya üçün +99450-788-66-99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“MAMOUNIA Lounge” restoranının sosial şəbəkə hesabı - Instagram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 03 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri