Icma.az
close
up
RU
Manatın devalvasiya təhlükəsi var? Taleh Kazımov cavab verdi

Manatın devalvasiya təhlükəsi var? Taleh Kazımov cavab verdi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Bankın sədri Taleh Kazımov ekspertlərlə növbəti ənənəvi görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə görüşün iştirakçısı hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, 14 ekspertin iştirak etdiyi görüş 3 saat çəkib.
“Həmişəki kimi çox maraqlı, qızğın və səmimi müzakirələr oldu. Taleh Kazımovun yaratdığı bu formatın dövlət qurumları arasında analoqu yoxdur. Baş bankir nəinki bütün suallara dolğun cavab verir, tənqidə də kifayət qədər dözümlü münasibət bəsləyir. Digərlərinə ibrət olsun! Zatən bu keyfiyyətlər savad və dürüstlük göstəricisidir”, - Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu inflyasiya göstəricisi ilə bağlı olub.
“Ekspertlər qiymət artımını daha az saylı malların qiyməti əsasında müəyyən edilməsinin tərəfdarıdır. Çünki Mərkəzi Bankın bugünkü metodologiyası həmçinin çoxsaylı tələbatı az olan malları (onların qiyməti adətən qalxmır) da əhatə edir, bu da yekunda rəsmi inflyasiya səviyyəsini aşağı göstərir. Taleh müəllim bu məsələni bir daha Statistika Komitəsi ilə müzakirə edəcəyini bildirdi.

Təbii ki, bankların kredit faizləri və komissiya haqları (bazar konyukturası dəyişməz olaraq qalır), habelə təmərküzləşmə və sağlam rəqabət (burada problemlər qalır və Mərkəzi Bankın işini davam etdirir), manatın məzənnəsi (devalvasiya təhlükəsi yoxdur) və bank sisteminin sabitliyi (problemli bank yoxdur) müzakirə olundu”, - ekspert əlavə edib.

Ə.Həsənov deyib ki, onu maraqlandıran üç mövzu olub və bunlara cavab alıb:
“1. Əmək haqqı və pensiya üzrə vətəndaşların bank seçimi imkanının təmin olunması. Bu mövzunu əvvəlki görüşlərdə də qaldırmışdım. Yay aylarında məsələ həllini tapacaq: hər kəs bankını özü seçəcək.

2. Lizinq haqqında qanun qəbul olundu, amma lombardlar haqqında yox, halbuki sonuncular banklar üçün daha çox problem yaradır. Bildirildi ki, lombardlar haqqında qanun layihəsi artıq təqdim olunub və daha çox istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib.

3. Xarici valyutanın izafi likvidliyi şəraitində sərt valyuta rejiminə nə ehtiyac var? Ehtiyac varsa belə, əksər hallarda sahibkarlar pulu xaricə köçürəndən sonra 2 il ərzində malı idxal edirlər, amma sənədləşdirmədə hansısa formal və texniki problemə görə onları cərimələyirlər. Yəni detallı araşdırma aparılmır. Bildirildi ki, Mərkəzi Bankın əməkdaşlarına tapşırlıb ki, bu məsələdə məhkəmə mərhələsində sahibkarların malı idxal etdiklərini nəzərə alaraq mövqe bildirsinlər”.
Hüquqşünas digər yüksək vəzifəli məmurlara çağırış edib:
“Əlbəttə, maliyyə sektorunun problemi az deyil. Amma hər bir halda şıffaflıq və dialoq şəraitində onların çoxunu həll etmək olar. Odur ki, digər qurum rəhbərlərinə səslənirəm: ekspertlərdən qorxmayın, biz sizi ölkəmizin xoş günü naminə tənqid edirik. Buna görə də bizim yox olmağımızı arzulamayın, əməkdaşlıq edin, işinizə xeyri var ki, zərəri yoxdur. Əlbəttə, savadınız və dürüstlüyünüz lazımi səviyyədədirsə...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri