Taleh Kazımov manatın məzənnəsindən danışdı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin başlıca elementlərindən biri kimi qeyd edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək".
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O hesab edir ki, mövcud meyillər davam edərsə, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir:
"Dövlət xərclərinin konservativ artımı inflyasiya proseslərinin nəzarətdə saxlanılması baxımından da əhəmiyyətlidir. Qiymətləndirmələrimizə görə, 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsiri cari xərclər üzrə cəmi +0.34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir.
Makroiqtisadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də Mərkəzi Bank Maliyyə Nazirliyi ilə valyuta bazarında vəziyyətin tənzimlənməsi və likvidliyin idarə edilməsi sahəsində sıx əməkdaşlığı davam etdirəcək".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















