Icma.az
close
up
RU
Manatın effektiv məzənnəsində son 10 ilin ən yüksək artımı Devalvasiya ola bilərmi?

Manatın effektiv məzənnəsində son 10 ilin ən yüksək artımı Devalvasiya ola bilərmi?

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, manatın xarici valyutalara nisbətən həm nominal, həm də real effektiv məzənnələri artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, manatın nominal effektiv məzənnəsi 8,7%, real effektiv məzənnəsi isə 24,6% artıb.
Məlumat üçün bildirək ki, manatın nominal və real effektiv məzənnələri son 10 ildə heç vaxt bu səviyyədə artmayıb.
Bəs, görəsən, manatın nominal və real effektiv məzənnələrinin bu səviyyədə artmasının ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, manatın nominal və real effektiv məzənnəsinin artması milli valyutamızın xarici valyutalar qarşısında gücləndiyini göstərir:
“Manatın xarici valyutalar qarşısında güclənməsi idxal inflyasiyasının qarşısını alsa da, yerli istehsala və ixraca mənfi təsir edir. Manatın real məzənnəsinin yüksəlməsi Azərbaycan mallarının xarici bazarlarda rəqabət qabiliyyətini azaldır. Eyni zamanda ixrac olunan məhsullar bahalaşır ki, bu da yerli istehsala mənfi təsir göstərir. Manatın real effektiv məzənnəsinin 24,6% artması o deməkdir ki, Azərbaycanın xaricə satdığı məhsullar həmin bazarlarda bir o qədər bahalaşıb. Məsələn, real effektiv məzənnənin müqayisə olunduğu baza ilində Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramı Rusiyanın daxili bazarında 1 dollara satılıbsa, hazırda məzənnə fərqi səbəbindən 1,25 dollara satılır. Bu da Azərbaycan pomidorunun Rusiya bazarında rəqabət qabiliyyətini aşağı salır.
İdxaldan fərqli olaraq, real effektiv məzənnənin artması xaricdən gətirilən məhsulların ucuzlaşmasına səbəb olur”.
İqtisadçı-ekspert qeyd edir ki, manatın real effektiv məzənnəsinin artmasında Mərkəzi Bankın inzibati müdaxilələrinin böyük payı var:
“Mərkəzi Bank çalışır ki, ölkədə yüksək inflyasiya olmasın. Bu siyasət əhalinin sosial vəziyyətinə müsbət təsir etsə də, uzunmüddətli dövrdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Əgər Azərbaycan qeyri-neft məhsullarının ixracını artırmaq istəyirsə, manatın real effektiv məzənnəsinin bu həddə artmasına imkan verməməlidir”.
İqtisadçı həmçinin qeyd edir ki, real effektiv məzənnənin artması devalvasiya riski də yaradır:
“2015-ci ilin fevral ayında manatın real effektiv məzənnəsi ən yüksək səviyyəyə çatmışdı. İlk devalvasiyanın baş verdiyi fevral ayında manatın xarici valyutalar qarşısındakı real effektiv məzənnəsi təxminən 50% artmışdı. Bu səviyyədə artım ölkənin ixracı üçün ciddi təhlükə yaradır. Əslində, hazırda qeydə alınan 24-25%-lik artım da idxal üçün təhlükəli hədd hesab olunur. Sadəcə olaraq, Azərbaycanda idxal daha çox neft-qaz üzərində qurulduğu üçün bu təhlükə müvəqqəti də olsa sığortalanmış olur. Lakin manatın xarici valyutalar qarşısındakı real effektiv məzənnəsinin bu səviyyədə artması uzunmüddətli dövr üçün devalvasiya riski yaradır”.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri