Icma.az
close
up
RU
Manatla verilən kredit faizləri niyə artıb? DETALLAR

Manatla verilən kredit faizləri niyə artıb? DETALLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib. Mərkəzi Bankın məlumatına görə, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,79 faiz bəndi artıb.
Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,84 faiz bəndi çoxdur.
Mövzu ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov qeyd edib ki, manatla verilən kreditlərin faizlərinin yüksəlməsinin bir neçə əsas səbəbi var:

“Birincisi, faktiki olaraq bu istiqamətdə xərclər artıb. Çünki bank sektoru cəlb etdiyi vəsaitlərin faizlərini yüksəldib. Depozit faizləri bir il əvvəllə müqayisədə 5-6 faiz bəndi yüksəlib, xüsusən də sistem əhəmiyyətli banklarda. 
Əgər cəlb olunan vəsaitin xərci artırsa, bu, dolayı yolla verilən kreditin də xərcinin artmasına səbəb olur.
İkinci faktor isə tələbdir. 2024-cü ilin əvvəlindən etibarən bank sektorunda ciddi şəkildə kreditlərə tələb formalaşıb. Ötən iki il ərzində kreditlər 20 milyarddan 28 milyarda çatıb. Təkcə ötən il bu istiqamətdə 20 faiz böyümə qeydə alınıb. 2025-ci ildə də müvafiq tələbin artım dinamikası müşahidə olunmaqdadır.
Üçüncü səbəb isə Mərkəzi Bankın təmərküzləşmə ilə mübarizə tədbirləri çərçivəsində tətbiq etdiyi çərçivələrin sistem əhəmiyyətli banklara münasibətdə sərtləşdirilməsidir. Bu da bankların xərcini artırır və onların faiz dərəcəsinin artmasına gətirib çıxarır. 
Diqqət etsəniz, ipoteka faizləri ötən ildən kəskin şəkildə bahalaşıb. Əslində orta faiz dərəcəsini aşağı salan əsas amillərdən biri güzəştli şərtlərlə verilən ipoteka kreditləridir. Bu kreditlərin faizlərinin artması da orta kredit faizlərinin artmasına səbəb kimi göstərilə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri